TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

«Günay» Uşaq teatr-studiyasının təqdimatında Ü.Hacıbəyovun «Arşın mal alan» operettası

Azərbaycan Teatr Xadimləri İttifaqı Mədəniyyət və Turizm Nazirliyi və Bakı şəhəri, İcra hakimiyyəti ilə birlikdə sentyabr ayının 18-də Milli Musiqi günü münasibətilə tədbir keçirmişdir. Tədbirdə «Yaşıl teatr»ın «Günay» Uşaq teatr-studiyasının təqdimatında Ü.Hacıbəyovun «Arşın mal alan» operettası göstərilmişdir. Rus dilində oynanılan tamaşada, vokal partiyaları Azərbaycan dilində səsləndiriləcək. Tamaşanın quruluşçu rejissoru teatrın bədii rəhbəri Larisa Tarusovadır. Tamaşada:

Nigin Məmmədova – Gülçöhrə

Əli Əliyev – Əsgər

Zaur Babayev – Süleyman

Samirə Muradəliyeva – Asya

Gülarə İsmayılova – Cahan

Alon Raxamimov – Sultan bəy

Milana Nesterova – Vəli

Yuliya Smanova – Telli

rollarını ifa etmişlər. İki saat davam edən tamaşada həmçinin Leyla Yusubova, Vaqif və İmran Əmikişiyevlər, Aytən İsmayılova, Cavad Həsənzadə və Ləman Abbaszadə çıxış etmişlər.