TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

Görkəmli dramaturq Hüseyn Cavidin 130 illiyinə həsr olunmuş elmi konfrans

Görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin 130 illiyinə həsr olunmuş elmi konfransa Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun nümayəndələri, Cavidşünaslar, ədibin ev muzeyinin əməkdaşları və onun əsərlərindəki obrazları yaratmış sənətkarlar dəvət olunmuşdular.

Tədbiri ön sözlə xalq artisti, professor Azər Paşa Nemətov açmış və Hüseyn Cavidin teatrı haqqında öz fikirlərini söyləmişdir. Dəvət olunanlar Cavidin yaradıcılığına həsr olunmuş elmi araşdırmalarını tamaşaçıların diqqətinə çatdırmış, Hüseyn Cavidin ev muzeyinin əməkdaşları yeni tapıntılardan söhbət açmış, aktyorlar vaxtilə yaratdıqları obrazlar haqqında tamaşaçılara məlumat vermişlər.

Tədbirdə Mehdi Məmmədovun quruluş verdiyi «İblis» əsərindən fraqmentlər göstərilmiş, ölməz sənətkarın sözlərinə yazılmış musiqilər səslənmişdir.