TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

Azərbaycanın əməkdar artisti Müxlis Cənizadənin 85 illiyinə həsr olunmuş Bədii qiraət müsabiqəsi

Məkan: Azərbaycan Teatr Xadimləri İttifaqı.

Tarix: 04-05 iyun 2013-cü il.

Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi müsabiqə görkəmli sənətkar, qiraət ustadı, Azərbaycan Respublikasının əməkdar artisti Müxlis Cənizadənin 85 illiyinə həsr olunmuşdur. Müsabiqə M.Füzulinin «Hər şeydən yüksəkdir sözün məqamı» adı altında keçirilmişdir.

Bədii qiraət müsabiqəsinin əsas məqsədi milli mədəniyyət aləmində gedən yaradıcııq proseslərini fəallaşdırmaq, mədəniyyət xadimlərini və xüsusən gəncləri yaradıcılıq axtarışlarına sövq etməklə, dünya mədəniyyətinə inteqrasiya etməkdir.

Müsabiqə bədii qiraətə müasir yanaşma tərzi, aktyor yaradıcılığında fərqli təqdimat (rəvan diksiya, artistizm, səhnə mədəniyyəti və texnikası), müasir dövrə uyğun forma və bu formadan irəli gələn məzmun prinsiplərini əks etdirən bədii qiraət nümunələrinin yaranışına təkan verən aksiya kimi nəzərdə tutulur.

Maraqlı, yüksək peşəkar səviyyəli, bədii obraz səviyyəsinə yüksələn (avanqard üslubdan xəbər verən), bədii qiraət nümunələrinin hökümət tədbirlərində və Beynəlxalq qiraət məkanlarında səsləndirilməsi də istisna deyil.