TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

«Mirzə Fətəli Axundzadə dərsləri»

Gənc dramaturqlarla keçirilən ustad dərsləri

Azərbaycan Teatr Xadimləri İttifaqı 11, 12, 13 iyul 2011-ci il tarixdə Azərbaycanda ilk dəfə olaraq gənc dramaturqlarla «Mirzə Fətəli Axundzadə dərsləri» başlığı altında ustad dərsləri keçirmişdir. Tədbirdə hər gün tanınmış dramaturqlardan və sənət adamlarından biri müasir milli dramaturgiyanın çağdaş durumu ilə bağlı mühazirələr oxumuş və Mirzə Fətəli Axundzadə dramaturgiyasına nümunə kimi müraciət etmişdir. Məqsəd 2012-ci il mart ayına Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi ərəfəsində peşəkar dram nümunəsi üzə çıxarıb, teatrlardan birinin repertuarına salmaqdan ibarət olmuşdur.

Tədbirin birinci günü dramaturq Əli Əmirli «Dramatik hadisələr və onların inkişaf xətti», ikinci günü dramaturq-ssenarist Ramiz Fətəliyev «Dialoqların və konfliktin qurulması», üçüncü günü isə sənətşünaslıq elmləri doktoru, professor İsrafil İsrafilov «Müasir dramaturgiya nümunəsi necə olmalıdır?» mövzusunda çıxış etmişdir.

Tədbir zamanı həmçinin Şəbnəm Xeyrulla, Samir Sədaqətoğlu, Zaur Qəriboğlu, Nadiya Kafarova, Mehman Musabəyli, Rəvan Tohidoğlu, Arzu Sultan, Ülviyyə Heydər, Təranə Vahid, Natella Osmanlı, İsmayıl Əliyev, Cavid Zeynallı, Natiq Raimzadə, Qismət Rüstəmov, Xəyal Babayev, İsmayıl İmanov, Əli Həsənli, Kamran Nəzirli, Kənan Ozan, Əli Xəyyam kimi gənc dramaturqların əsərləri müzakirə olunmuş və ustad məsləhətləri verilmişdir.