TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

Əməkdar rəssam Arif Əbdürrəhmanovun «Teatrda rəssamın rolu» kitabının təqdimat mərasimi

Zaman: 24 dekabr 2012-ci il. Məkan: Aktyor evinin foyesi.

Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən çap olunan Əməkdar rəssam Arif Əbdürrəhmanovun «Teatrda rəssamın rolu» kitabı mütəxəssislər, teatrsevərlər və gənclər üçün vacib hədiyyə hesab olunmalıdır. Dilimizdə ilk dəfə çap olunan bu kitab həm də dərs vəsaiti kimi yetişməkdə olan nəslə müəyyən bilgi verə bilər. Məhz bunu nəzərə alaraq Azərbaycan Teatr Xadimləri İttifaqı bu kitabı çap etdirmişdir.

Kitabın təqdimat mərasimində Mədəniyyət və Turizm Nazirliyindən, Rəssamlar İttifaqından, Rəssamlıq Akademiyası və Mədəniyyət və İncəsənət Universitetindən mütəxəssislər, teatr xadimləri, mətbuat nümayəndələri iştirak etmişlər.