MÜKAFATLAR



«QIZIL DƏRVİŞ» mükafatı

Təsis olunma tarixi: 1992-ci il.

Təyinatı:

Azərbaycan teatr sənətinin inkişafında fəal iştirak edən, özünün ideya-bədii sənət bütövlüyü ilə teatr ictimaiyyətinin diqqətini cəlb edən, öz sənətkarlığı ilə tamaşaçılara yüksək vətəndaşlıq və mənəvi keyfiyyətlər aşılayan, mövsüm ərzində yaradıcılıq uğuru qazanmış tamaşaya, dramaturqa, rejissora, aktyora, bəstəkara, rəssama, vokalçıya, balet artistinə, teatrın tarixi və nəzəriyyəsi ilə bağlı mühüm tədqiqat işlərinə və həmçinin mətbuat səhifələrində, radio və televiziyada böyük əhəmiyyət daşıyan, dolğun araşdırma, resenziya və verilişləri ilə fərqlənən teatrşünaslara verilir.

Aşağıdakı sənətçilərə təqdim olunub:

 

1992-ci il

Yaşar Nuriyev – xalq artisti

Firəngiz Şərifova – xalq artisti

İlham Rəhimli – sənətşünaslıq doktoru, professor

1993-cü il

Afaq Bəşirqızı – xalq artisti

Xanlar Haşımzadə – Şəki Dövlət Dram Teatrının aktyoru

1994-cü il

Vaqif İbrahimoğlu – əməkdar incəsənət xadimi

1995-ci il

Mədinə Əliyeva - balerina

Hüseynağa Atakişiyev – əməkdar incəsənət xadimi

Sumqayıt Dövlət Musiqili Dram Teatrının «Şah İsmayıl Xətai» tamaşası

1996-cı il

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının «Qisas qiyamətə qalmaz» tamaşası (Nahid Hacıyev, Lütfi Məmmədbəyov, Adil Bəbirov, Yaşar Nuri, Zemfira Əliyeva)

RafiqƏliyev – əməkdar artist

Aleksandr Şarovski – xalq artisti

Lyudmila Duxovnaya – xalq artisti

Tatyana Qross – əməkdar artist

Hacı Murad Yagizarov – xalq artisti

1997-ci il

İlyas Əfəndiyev - dramaturq

Səyavuş Aslan – xalq artisti

Əlabbas Qədirov – xalq artisti

Şövqi Hüseynov – əməkdar artist

Almaz Mustafayeva – Gənc Tamaşaçılar Teatrının aktrisası

1999-cu il

Akademik Milli Dram Teatrının «Özümüzü kəsən qılınc» tamaşası (Bəxtiyar Vahabzadə, Ağakişi Kazımov, İsmayıl Məmmədov, Zemfira Nərimanova, Rafiq Əzimov, Ramiz Məlikov, Nurəddin Quliyev)

Akademik Milli Dram Teatrının «Mənim sevimli dəlim» tamaşası (Elçin Əfəndiyev, Azər Paşa Nemətov, Elçin Məmmədov, Elxan Ağahüseynoğlu, Hacı İsmayılov, Cəfər Əhmədov, Telman Adıgözəlov)

Məryəm Əlizadə – sənətşünaslıq doktoru, professor

Maqsud Məmmədov – xalq artisti

2000-ci il

Nəsibə Zeynalova – xalq artisti

2001-ci il

Naira Ramazanova - balerina

Nəsibə Eldarova – Dövlət Gənclər Teatrının aktrisası

Cavanşir Quliyev – əməkdar incəsənət xadimi

Kamal Xudaverdiyev – xalq artisti

Elçin Məmmədov – əməkdar rəssam

Kamal Aslanov - dramaturq

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının «Bankir adaxlı» tamaşası (Tamara Vəliyeva, Emin Sabitoğlu, Faiq Zöhrabov, Afaq Bəşirqızı, Hacıbaba Bağırov, Nazim Hacıəlibəyov)

2002-ci il

Şuşa Dövlət Musiqili Dram Teatrının «Əyri oturaq, düz danışaq» tamaşası

Şəki Dövlət Dram Teatrının «Məni qınamayın» tamaşası

Gəncə Dövlət Dram Teatrının «Mahnı dağlarda qaldı» tamaşası (Ələddin Abbasov)

Bəhram Osmanov – əməkdar incəsənət xadimi

Münəvvər Əliyeva – əməkdar artist

Azərbaycan Dövlət Kukla Teatrının «Cik-cik xanım» tamaşası

Mehriban Ələkbərzadə - rejissor

İlham Namiq Kamal – xalq artisti

Yaqub Məmmədov – teatrşünas

2003-cü il

İslam İslamov – balet artisti

İsrafil İsrafilov – sənətşünaslıq doktoru

Ramiz Məmmədov – əməkdar artist

Vaqif Şərifov – əməkdar incəsənət xadimi

Məhərrəm Bədirzadə – televiziya rejissoru

Hüseynbala Mirələmov – dramaturq

Azər Paşa Nemətov – xalq artisti

Fuad Poladov – xalq artisti

Sənubər İsgəndərova – əməkdar artist

Rafael Dadaşov – xalq artisti

Səyavuş Aslan – xalq artisti

Məsmə Ağaverdiyeva - aktrisa

Sabir Məmmədov – əməkdar artist

Siyavuş Kərimi – bəstəkar, xalq artisti

Həsən Turabov (ölümündən sonra) – xalq artisti

2004-cü il

C.Cabbarlı adına Dövlət Teatr muzeyi

Cəlil Vəzirov – teatrşünas

Veta Nadirova – teatrşünas

Nazim Bəykişiyev – əməkdar rəssam

Cənnət Səlimova – xalq artisti

Qərinə Kərimova – Qərinə Kərimova

Məmmədsəfa Qasımov – «Yuğ» teatrının aktyoru

Səmayə Sadıqova – əməkdar artist

Mingəçevir Dövlət Dram Teatrının «Ana» tamaşası

2005-ci il

Kamilla Hüseynova – əməkdar artist

Ağaxan Salmanov – xalq artisti

Fərhad İsrafilov – «Yuğ» teatrının aktyoru

Ədalət Vəliyev – teatrşünas, sənətşünaslıq namizədi

Qax Dövlət Kukla Teatrı («Quyruqsuz ulağın sərgüzəştləri» və M.Lermontovun «Aşıq Qərib» tamaşaları)

2006-cı il

Nodar Şaşiqoğlu – xalq artisti

Oruc Qurbanov – quruluşçu rejissor

Arif Quliyev – xalq artisti

Yusif Muxtarov – xalq artisti

Rəhman Rəhmanov – Azərbaycan Dövlət Kukla Teatrının aktyoru

İlqar Cahangirov – Bakı Kamera Teatrının aktyoru

2007-ci il

Sevinc Əliyeva – əməkdar artist

Rza Xudiyev – Naxçıvan teatrının aktyoru

Yasin Qarayev – xalq artisti

Firudin Məhərrəmov – əməkdar artist

Sona Mikayılova – «Yuğ» teatrının aktrisası

Tahir Tahirov – əməkdar rəssam

2009-cu il

Firəngiz Mütəllimova – xalq artisti

Atabala Səfərov - aktyor

Mirbala Səlimli – Şəki teatrının baş rejissoru

 

 

«TEATR XADİMİ» qızıl medalı

Təsis olunma tarixi: 2004-cü il.

Təyinatı:

Teatr sənəti sahəsində müstəsna xidmətləri olan teatr xadimlərinə verilir.

Təsis olunduğu ildən aşağıdakı incəsənət xadimlərinə təqdim edilib:

 

2004-cü il

Nəsibə Zeynalova – xalq artisti

Səyavuş Aslan – xalq artisti

Azər Rzayev – xalq artisti

Fuad Poladov – xalq artisti

İlham Rəhimli – sənətşünaslıq doktoru, professor

2005-ci il

Qəmər Almaszadə – SSRİ xalq artisti

Polad Bülbüloğlu – xalq artisti

Şəfiqə Məmmədova – xalq artisti

Amaliya Pənahova – xalq artisti

Ələddin Abbasov – xalq artisti

Timuçin Əfəndiyev – filologiya elmləri doktoru, professor

Kiril Lavrov – SSRİ xalq artisti

2006-cı il

Rüstəm İbrahimbəyov – xalq yazıçısı

Rəfiqə Axundova – xalq artisti

Maqsud Məmmədov – xalq artisti

Sofya Hüseynova – xalq artisti

Əlabbas Qədirov – xalq artisti

Nodar Şaşiqoğlu – xalq artisti

2007-ci il

Nərgiz Paşayeva – professor

Vidadi Əliyev – əməkdar artist

Tamilla Abdullayeva – xalq artisti

2009-cu il

Yaşar Nuri – xalq artisti

Firəngiz Əhmədova – xalq artisti

 

«TEATR XADİMİ» gümüş medalı

Təsis olunma tarixi: 2004-cü il.

Təyinatı:

Teatr sənətinin inkişafına dəstək göstərən xeyriyyəçilərə təqdim olunur.

Aşağıdakı şəxslərə təqdim olunub:

 

 

2009-cu il

Ələkbər Tağızadə – «Pro-Cent» Prodüser Mərkəzinin direktoru

Nadir İbadov – «Zərgərsənaye» İstehsalat Birliyinin Baş direktoru

Rauf Əliyev – A+A şirkətinin Prezidenti

 

«Səhnə işığı» prizi
 

Yadigar Muradov – Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, əməkdar artist

İslam Həsənov – Lənkəran Dövlət Dram Teatrının direktoru

   

 

«İrs» mükafatı
 

İnqilab Kərimov – sənətşünaslıq doktoru, AMEA-nın müxbir üzvü