TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

 

14 dekabr 2019-cu il. “Milli-mənəvi dəyərlərimizi gələcəyimiz naminə qoruyaq!” layihəsi çərşivəsində film təqdimatı

Fotoşəkillər

14 dekabr tarixində Azərbaycan Teatr Xadimləri İttifaqında və Azərbaycan Turizm və Menecment Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi və “Müasir Gənclər Şəbəkəsi” İctimai Birliyi tərəfindən “Milli-mənəvi dəyərlərimizi gələcəyimiz naminə qoruyaq!” adlı layihəyə keçirilib.

Layihə çərçivəsində hazırlanan “Ocaq” adlı qısametrajlı filmdə ana və uşaq obrazlarının dilindən “Yanardağ”ın əfsanəsinin söylənilməsi və qum rəssamlığı vasitəsilə canlandırılmışdır.

Təqdimatlarda Dövlət Turizm Agentliyi yanında "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun nümayəndələri, və Azərbaycan Turizm və Menecment Universitetinin müəllim və tələbə heyəti, gənclər təşkilatının nümayəndələri və gənclər iştirak ediblər .

Sözügedən əfsanədə zülmətə qərq olmuş insanların qaranlıq qüvvələrlə uzunsürən savaşı və sonda onların bu qəhrəmanlıq yolunda günəş kimi doğan “dağ-alov” ətrafında birləşərək üstünlük qazanmaları xeyir və şər qüvvələrin əbədi mübarizəsi fonunda öz əksini tapmışdır.

Layihə rəhbəri Həsən Həsənlinin qeyd etdiyinə görə Gənclər Fondunun elan etdiyi 12-ci qrant müsabiqəsi çərçivəsində reallaşan layihənin keçirilməsində əsas məqsəd mədəni irsimizin qorunması, Gənclərimizin tarix-mədəniyyət qoruqlarına, qədim abidələrə olan maraqlarını artırılması, o cümlədən turizm məqsədləri ilə onlardan istifadə imkanlarının ölkə daxilində və beynəlxalq miqyasda təbliği işinə töhfə vermək, bununla da mədəni irsimizin mühafizəsi sahəsində görülən işlərə stimul vermək və gənclər siyasətinə dəstək olmaqdan ibarətdir.

Filmin çəkilişlərində ssenari müəllifi və rejissor Orxan Muxtarlı, operator Tərlan Tağıyev, montajçı Vüsal Fərmanov, qum rəssamı Lalə Hüseynzadə, aktrisa Nigar Həsənzadə (ana rolunun ifaçısı) və Ayla Hacıyeva (kiçik qız rolunun ifaçısı) iştirak ediblər.