>
previous arrow
next arrow
Slider
 
 
    Əziz dostlar!
 
    Qafqazın ən qocaman yaradıcılıq təşkilatı olan Azərbaycan Teatr Xadimləri İttifaqının teatrittifaqi.az saytında hamınızı xoş gördük.
    2013-cü ildən fəaliyyətə başlayan saytın yaradılmasında məqsəd qurumun keçdiyi inkişaf yolu barədə sizə ətraflı məlumat verməkdən ibarətdir. Azərbaycanın teatr aləmi ilə dünya ölkələrini daha yaxından tanış etmək və İttifaqın beynəlxalq əlaqələrini daha da genişləndirmək məqsədi ilə 2020-ci ildən etibarən saytın yeni variantı yeni dizaynda və 3 dildə təqdim olunur. Azərbaycan, rus və ingilis dillərində tərtib olunmuş sayt İttifaqın tarixinin vacib məqamlarını və bu günki fəaliyyətini özündə əks etdirir.
    1897-ci ildə "Artistlər İttifaqı" adı ilə yaranmış birlik 1917-ci ildən "Müsəlman Artistlər İttifaqı", 1920-ci ildən "Türk Aktyorlar İttifaqı", 1945-ci ildən "Azərbaycan Teatr Cəmiyyəti" kimi fəaliyyətini davam etdirmiş, 1987-ci il 27 fevral tarixli təsis Konfransının qərarı ilə "Azərbaycan Teatr Xadimləri İttifaqı" adlandırılmışdır. Özünün zəngin tarixi boyu müxtəlif adlar altında fəaliyyət göstərsə də, yarandığı vaxtdan bu günə qədər İttifaq bir məqsədə - milli teatr sənətimizin inkişafına və təbliğinə xidmət etmişdir.
    Şərəfli inkişaf yolu keçmiş Teatr  Xadimləri İttifaqına Azərbaycanın müqtədir sənətkarları başçılıq etmiş, onların rəhbərliyi ilə İttifaq zəngin təcrübə əldə edərək, fəaliyyətini dövrün tələblərinə uyğun qurmuşdur. 
    Ötən əsrin 50-ci illərindən etibarən teatr prosesinə və onun inkişafına təkan verən, güclü potensiala malik bir təşkilat kimi formalaşan qurum bu gün beynəlxalq münasibətlər sahəsində də zəngin təcrübəyə malikdir. İttifaq Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının və UNESKO-nun Beynəlxalq Teatr İnstitutunun üzvüdür. Saytın "Beynəlxalq əlaqələr" bölməsində bu barədə ətraflı məlumat verilib.
    Habelə ayrı-ayrı bölmələrdə teatr prosesinin daha da fəallaşmasına yaradıcı təsir göstərən layihələrin həyata keçirilməsi, mədəniyyətlə bağlı dövlət qurumları, yaradıcılıq birlikləri 
 
 

və ittifaqları, elm və təhsil ocaqları ilə mövcud qanunvericilik əsasında əlaqələr, gənclərlə iş, yubileylərin, anma günlərinin keçirilməsi, böyük və kiçik səhnələrdə tamaşalar hazırlanması, nəşriyyat işinin həyata keçirilməsi və s. istiqamətlərdə İttifaqın fəaliyyəti haqqında geniş informasiya təqdim olunub.
    Saytdakı məlumatların teatr sənəti sahəsində çalışan hər kəs üçün olduqca maraqlı və gərəkli olacağına şübhə etmirik. İnanırıq ki, teatrittifaqi.az saytı tərəfinizdən maraqla qarşılanacaq və tezliklə çox sayda izləyici toplayacaq.


 
 
 

 

Xəbərlər

  • 1
  • 2
  • 3
  • 1
  • 2
  • 3
  • Azərbaycan Teatr Xadimləri İttifaqı ölkəmizdə fəaliyyət göstərən ən fəal yaradıcı təşkilatlardan biridir.

  • Milli teatr prosesində fəal iştirak edən İttifaq tarixi ənənəsinə sadiq qalaraq, bu gün də mütəmadi şəkildə yaradıcılıq gecələri, görüşlər, xatirə
  • Özünün əsas vəzifəsini teatr prosesini canlandırmaqda, bütün yeni başlanğıclara təkan verməkdə, milli teatr sənətimizi çağdaş dünya teatr prosesinə qovuşdurmağa çalışmaqda
  • Azərbaycan Teatr Xadimləri İttifaqı dünyanın nüfuzlu teatr qurumlarının: YUNESKO-nun Beynəlxalq Teatr İnstitutunun və Beynəlxalq Teatr Xadimləri İttifaqları Konfederasiyasının həqiqi üzvüdür.
  • 1

«Qızıl Dərviş» mükafatı

 

«Qızıl Dərviş» mükafatı

 Təsis olunma tarixi: 1992-ci il.

 

Təyinatı:

Azərbaycan teatr sənətinin inkişafında fəal iştirak edən, özünün ideya-bədii sənət bütövlüyü ilə teatr ictimaiyyətinin diqqətini cəlb edən, öz sənətkarlığı ilə tamaşaçılara yüksək vətəndaşlıq və mənəvi keyfiyyətlər aşılayan, mövsüm ərzində yaradıcılıq uğuru qazanmış tamaşaya, dramaturqa, rejissora, aktyora, bəstəkara, rəssama, vokalçıya, balet artistinə, teatrın tarixi və nəzəriyyəsi ilə bağlı mühüm tədqiqat işlərinə və həmçinin mətbuat səhifələrində, radio və televiziyada böyük əhəmiyyət daşıyan, dolğun araşdırma, resenziya və verilişləri ilə fərqlənən teatrşünaslara verilir.

 

 

 

Aşağıdakı sənətçilərə təqdim olunub:

 

1992-ci il

Yaşar Nuriyev – Xalq artisti

Firəngiz Şərifova – Xalq artisti

İlham Rəhimli – Sənətşünaslıq doktoru, professor

1993-cü il

Afaq Bəşirqızı – Xalq artisti

Xanlar Haşımzadə – Şəki Dövlət Dram Teatrının aktyoru

1994-cü il

Vaqif İbrahimoğlu – Əməkdar incəsənət xadimi

1995-ci il

Mədinə Əliyeva - balerina

Hüseynağa Atakişiyev – Əməkdar incəsənət xadimi

Sumqayıt Dövlət Musiqili Dram Teatrının «Şah İsmayıl Xətai» tamaşası

1996-cı il

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının «Qisas qiyamətə qalmaz» tamaşası (Nahid Hacıyev, Lütfi Məmmədbəyov, Adil Bəbirov, Yaşar Nuri, Zemfira Əliyeva)

RafiqƏliyev – Əməkdar artist

Aleksandr Şarovski – Xalq artisti

Lyudmila Duxovnaya – Xalq artisti

Tatyana Qross – Əməkdar artist

Hacı Murad Yagizarov – Xalq artisti

1997-ci il

İlyas Əfəndiyev - Dramaturq

Səyavuş Aslan – Xalq artisti

Əlabbas Qədirov – Xalq artisti

Şövqi Hüseynov – Əməkdar artist

Almaz Mustafayeva – Əməkdar artist

1999-cu il

Akademik Milli Dram Teatrının «Özümüzü kəsən qılınc» tamaşası (Bəxtiyar Vahabzadə, Ağakişi Kazımov, İsmayıl Məmmədov, Zemfira Nərimanova, Rafiq Əzimov, Ramiz Məlikov, Nurəddin Quliyev)

Akademik Milli Dram Teatrının «Mənim sevimli dəlim» tamaşası (Elçin Əfəndiyev, Azər Paşa Nemətov, Elçin Məmmədov, Elxan Ağahüseynoğlu, Hacı İsmayılov, Cəfər Əhmədov, Telman Adıgözəlov)

Məryəm Əlizadə – Sənətşünaslıq doktoru, professor

Maqsud Məmmədov – Xalq artisti

2000-ci il

Nəsibə Zeynalova – Xalq artisti

2001-ci il

Naira Ramazanova - balerina

Nəsibə Eldarova – Dövlət Gənclər Teatrının aktrisası

Cavanşir Quliyev – Əməkdar incəsənət xadimi

Kamal Xudaverdiyev – Xalq artisti

Elçin Məmmədov – Əməkdar rəssam

Kamal Aslanov - dramaturq

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının «Bankir adaxlı» tamaşası (Tamara Vəliyeva, Emin Sabitoğlu, Faiq Zöhrabov, Afaq Bəşirqızı, Hacıbaba Bağırov, Nazim Hacıəlibəyov)

2002-ci il

Şuşa Dövlət Musiqili Dram Teatrının «Əyri oturaq, düz danışaq» tamaşası

Şəki Dövlət Dram Teatrının «Məni qınamayın» tamaşası

Gəncə Dövlət Dram Teatrının «Mahnı dağlarda qaldı» tamaşası (Ələddin Abbasov)

Bəhram Osmanov – Əməkdar incəsənət xadimi

Münəvvər Əliyeva – Əməkdar artist

Azərbaycan Dövlət Kukla Teatrının «Cik-cik xanım» tamaşası

Mehriban Ələkbərzadə - rejissor

İlham Namiq Kamal – Xalq artisti

Yaqub Məmmədov – teatrşünas

2003-cü il

İslam İslamov – balet artisti

İsrafil İsrafilov – Sənətşünaslıq doktoru

Ramiz Məmmədov – Əməkdar artist

Vaqif Şərifov – Əməkdar incəsənət xadimi

Məhərrəm Bədirzadə – televiziya rejissoru

Hüseynbala Mirələmov – dramaturq

Azər Paşa Nemətov – Xalq artisti

Fuad Poladov – Xalq artisti

Sənubər İsgəndərova – Əməkdar artist

Rafael Dadaşov – Xalq artisti

Səyavuş Aslan – Xalq artisti

Məsmə Ağaverdiyeva - aktrisa

Sabir Məmmədov – Əməkdar artist

Siyavuş Kərimi – bəstəkar, Xalq artisti

Həsən Turabov (ölümündən sonra) – Xalq artisti

2004-cü il

C.Cabbarlı adına Dövlət Teatr muzeyi

Cəlil Vəzirov – teatrşünas

Veta Nadirova – teatrşünas

Nazim Bəykişiyev – Əməkdar rəssam

Cənnət Səlimova – Xalq artisti

Qərinə Kərimova –  Xalq artisti

Məmmədsəfa Qasımov – «Yuğ» teatrının aktyoru

Səmayə Sadıqova – Əməkdar artist

Mingəçevir Dövlət Dram Teatrının «Ana» tamaşası

2005-ci il

Kamilla Hüseynova – Əməkdar artist

Ağaxan Salmanov – Xalq artisti

Fərhad İsrafilov – «Yuğ» teatrının aktyoru

Ədalət Vəliyev – teatrşünas, Sənətşünaslıq namizədi

Qax Dövlət Kukla Teatrı («Quyruqsuz ulağın sərgüzəştləri» və M.Lermontovun «Aşıq Qərib» tamaşaları)

2006-cı il

Nodar Şaşiqoğlu – Xalq artisti

Oruc Qurbanov – quruluşçu rejissor

Arif Quliyev – Xalq artisti

Yusif Muxtarov – Xalq artisti

Rəhman Rəhmanov – Azərbaycan Dövlət Kukla Teatrının aktyoru

İlqar Cahangirov – Bakı Kamera Teatrının aktyoru

2007-ci il

Sevinc Əliyeva – Əməkdar artist

Rza Xudiyev – Naxçıvan teatrının aktyoru

Yasin Qarayev – Xalq artisti

Firudin Məhərrəmov – Əməkdar artist

Sona Mikayılova – «Yuğ» teatrının aktrisası

Tahir Tahirov – Əməkdar rəssam

2009-cu il

Firəngiz Mütəllimova – Xalq artisti

Atabala Səfərov - aktyor

Mirbala Səlimli – Şəki teatrının baş rejissoru

 

© Copyright 2019, Azərbaycan Teatr Xadimləri İttifaqı