TƏDBİR VƏ LAYIHƏLƏR / Beynəlxalq əlaqələr

 

Azərbaycan və Gürcüstan teatr xadimləri QARŞILIQLI ƏMƏKDAŞLIQ MEMORANDUMU imzalayıblar.

Fotoşəkillər

14 noyabr 2018-ci il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqı ilə Gürcüstan Teatr Cəmiyyətinin Yaradıcılıq Birliyi və Sumqayıt Dövlət Dram Teatrı ilə Kutaisi Dövlət Professional-Dram Teatrı arasında əməkdaşlığa dair memorandumların imzalanma mərasimi keçirilib. Mərasimdən əvvəl baş tutan mətbuat konfransında tərəflər media nümayəndələrini maraqlandıran sualları cavablandırıblar. Mətbuat konfransından sonra Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətovla Gürcüstan Teatr Cəmiyyəti Yaradıcılıq Birliyinin sədri Georgi Gegeçkori, habelə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının direktoru Mübariz Həmidovla Lado Mesxişvili adına Kutaisi Dövlət Professional-Dram Teatrının bədii rəhbəri Konstantin Abaşidze qarşılıqlı əməkdaşlıq Memorandumu imzalayıblar.

Azərbaycan Teatr Xadimləri İttifaqı və və Gürcüstan Teatr Cəmiyyəti Yaradıcı Birliyi arasında imzalanan Memorandumda teatr sənətinin inkişafı, şəxsiyyətin mənəvi tələbatının təmin edilməsində teatrın rolunun artırılması, habelə Azərbaycan və Gürcüstan dövlətləri arasında teatr sənətinin populyarlaşması, milli və fərdi orijinallığın, ənənələrin, Azərbaycan və Gürcüstan teatrlarının nailiyyət və isrsinin saxlanması; iki ölkənin teatr kollektivləri arasında birbaşa əlaqələrin və praktik əmədaşlığın inkişaf etdirilməsi, onların yaradıcılıq potensialının maksimum realizə olunması Azərbaycan və Gürcüstan teatrlarına və teatr məktəblərinə praktiki yarım göstərilməsi; iki ölkənin teatr sahəsinin yaradıcı işçilərinin sosial, hüquqi və peşə maraqlarının müdafiə olunması və s. məsələlər öz əksini tapıb.

 

Azərbaycan Teatr Xadimləri İttifaqı

Bakı şəhəri, 14 noyabr 2018-ci il.