TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

 

SSRİ Xalq artisti Mehdi Məmmədovun 100 illik yubileyiinə həsr olunmuş «ÖMRÜN SƏHİFƏLƏRİ» kitabının təqdimatı

Fotoşəkillər

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 28 yanvar 2019-cu il tarixdə görkəmli rejissor, aktyor, teatrşünas alim, SSRİ Xalq artisti Mehdi Məmmədovun 100 illik yubileyinə həsr olunmuş «Ömrün səhifələri» kitabının təqdimat mərasimi keçirilmişdir.

Aparıcı – Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov tədbir iştirakçılarını salamlamış, Mehdi Məmmədov haqqında danışmış, sonra sözü Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, professor Azər Paşa Nemətova vermişdir. Azər Paşa Nemətov Mehdi Məmmədovun yaradıcılıq yolundan ətraflı söhbət açmış, onunla bağlı xatirələrini bölüşmüşdür. Sonra söz kitabın müəllifi, Teatr Xadimləri İttifaqının məsul katibi Aida Qafarovaya verilmişdir. Aida Qafarova «Ömrün səhifələri» silsiləsindən olan kitablar haqqında məlumat vermiş, Mehdi Məmmədovun Azərbaycan mədəniyyəti qarşısındakı xidmətlərindən danışmış, kitabın hazırlanmasında əməyi olanlara təşəkkürünü bildirmişdir.

Tədbirdə çıxış edən Xalq artistləri Ağakişi Kazımov, Ramiz Məlik, Rafiq Əzimov, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Rafiq Sadıqov, teatrşünas Elmira Əliyeva Mehdi Məmmədovun möhtəşəm yaradıcılığından, xarakterindəki çoxsaylı müsbət keyfiyyətlərdən danışmış, Teatr Xadimləri İttifaqının «Ömrün səhifələri» silsiləsindən hazırladığı kitabları yüksək qiymətləndirmişlər.

Tədbirin sonunda Mehdi Məmmədovun doğmaları adından çıxış edən Əməkdar mədəniyyət işçisi, teatrşünas Əsəd Məmmədov kitabın müəllifi Aida Qafarovaya, tədbirin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlığını bildirmişdir.

Çıxışlararası Mehdi Məmmədovun yaradıcılığına həsr olunmuş foto və videoçarxlar nümayiş etdirilmişdir. Habelə sənətkarın yaradıcılığına həsr olunmuş sərgi iştirakçılara təqdim olunmuşdur.