>
previous arrow
next arrow
Slider
 
 
    Əziz dostlar!
 
    Qafqazın ən qocaman yaradıcılıq təşkilatı olan Azərbaycan Teatr Xadimləri İttifaqının teatrittifaqi.az saytında hamınızı xoş gördük.
    2013-cü ildən fəaliyyətə başlayan saytın yaradılmasında məqsəd qurumun keçdiyi inkişaf yolu barədə sizə ətraflı məlumat verməkdən ibarətdir. Azərbaycanın teatr aləmi ilə dünya ölkələrini daha yaxından tanış etmək və İttifaqın beynəlxalq əlaqələrini daha da genişləndirmək məqsədi ilə 2020-ci ildən etibarən saytın yeni variantı yeni dizaynda və 3 dildə təqdim olunur. Azərbaycan, rus və ingilis dillərində tərtib olunmuş sayt İttifaqın tarixinin vacib məqamlarını və bu günki fəaliyyətini özündə əks etdirir.
    1897-ci ildə "Artistlər İttifaqı" adı ilə yaranmış birlik 1917-ci ildən "Müsəlman Artistlər İttifaqı", 1920-ci ildən "Türk Aktyorlar İttifaqı", 1945-ci ildən "Azərbaycan Teatr Cəmiyyəti" kimi fəaliyyətini davam etdirmiş, 1987-ci il 27 fevral tarixli təsis Konfransının qərarı ilə "Azərbaycan Teatr Xadimləri İttifaqı" adlandırılmışdır. Özünün zəngin tarixi boyu müxtəlif adlar altında fəaliyyət göstərsə də, yarandığı vaxtdan bu günə qədər İttifaq bir məqsədə - milli teatr sənətimizin inkişafına və təbliğinə xidmət etmişdir.
    Şərəfli inkişaf yolu keçmiş Teatr  Xadimləri İttifaqına Azərbaycanın müqtədir sənətkarları başçılıq etmiş, onların rəhbərliyi ilə İttifaq zəngin təcrübə əldə edərək, fəaliyyətini dövrün tələblərinə uyğun qurmuşdur. 
    Ötən əsrin 50-ci illərindən etibarən teatr prosesinə və onun inkişafına təkan verən, güclü potensiala malik bir təşkilat kimi formalaşan qurum bu gün beynəlxalq münasibətlər sahəsində də zəngin təcrübəyə malikdir. İttifaq Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının və UNESKO-nun Beynəlxalq Teatr İnstitutunun üzvüdür. Saytın "Beynəlxalq əlaqələr" bölməsində bu barədə ətraflı məlumat verilib.
    Habelə ayrı-ayrı bölmələrdə teatr prosesinin daha da fəallaşmasına yaradıcı təsir göstərən layihələrin həyata keçirilməsi, mədəniyyətlə bağlı dövlət qurumları, yaradıcılıq birlikləri 
 
 

və ittifaqları, elm və təhsil ocaqları ilə mövcud qanunvericilik əsasında əlaqələr, gənclərlə iş, yubileylərin, anma günlərinin keçirilməsi, böyük və kiçik səhnələrdə tamaşalar hazırlanması, nəşriyyat işinin həyata keçirilməsi və s. istiqamətlərdə İttifaqın fəaliyyəti haqqında geniş informasiya təqdim olunub.
    Saytdakı məlumatların teatr sənəti sahəsində çalışan hər kəs üçün olduqca maraqlı və gərəkli olacağına şübhə etmirik. İnanırıq ki, teatrittifaqi.az saytı tərəfinizdən maraqla qarşılanacaq və tezliklə çox sayda izləyici toplayacaq.


 
 
 

 

Xəbərlər

  • 1
  • 2
  • 3
  • 1
  • 2
  • 3
  • Azərbaycan Teatr Xadimləri İttifaqı ölkəmizdə fəaliyyət göstərən ən fəal yaradıcı təşkilatlardan biridir.

  • Milli teatr prosesində fəal iştirak edən İttifaq tarixi ənənəsinə sadiq qalaraq, bu gün də mütəmadi şəkildə yaradıcılıq gecələri, görüşlər, xatirə
  • Özünün əsas vəzifəsini teatr prosesini canlandırmaqda, bütün yeni başlanğıclara təkan verməkdə, milli teatr sənətimizi çağdaş dünya teatr prosesinə qovuşdurmağa çalışmaqda
  • Azərbaycan Teatr Xadimləri İttifaqı dünyanın nüfuzlu teatr qurumlarının: YUNESKO-nun Beynəlxalq Teatr İnstitutunun və Beynəlxalq Teatr Xadimləri İttifaqları Konfederasiyasının həqiqi üzvüdür.
  • 1

H

Hacıbabayev Atababa İsmayıl oğlu, teatrşünas

22 sentyabr 1947-ci ildə anadan olub. 1972-ci ildən İttifaqın üzvüdür.

 


Hacıbabayev Elşən Atababa oğlu, aktyor

29 mart 1980-ci ildə anadan olub. 2003-cu ildən İttifaqın üzvüdür.

 


Hacıbəyov Elşən Sərxan oğlu, rəssam

02 oktyabr 1962-ci ildə anadan olub. 2016-cı ildən ittifaqın üzvüdür.

 


Hacıyev Fəxrəddin Camal oğlu, təşkilatçı.

25 mart 1959-cu ildə anadan olub. 2013-cü ildən İttifaqın üzvüdür.

 


Hacıyev Hacı Şamil oğlu, aktyor.

1 iyun 1962-ci ildə anadan olub. 2010-cu ildən İttifaqın üzvüdür.

 


Hacıyeva Natəvan Nizami qızı – aktrisa.

23 fevral 1981-ci ildə anadan olub. 2019-cu ildən İttifaqın üzvüdür.

 


Hacıyeva Sevil İnşalla qızı, dirijor.

16 iyul 1975-ci ildə anadan olub. 2019-cu ildən İttifaqın üzvüdür.

 


Hacıyeva Yasəmən Arif qızı, pedaqoq

05 mart 1972-ci ildə anadan olub. 2014-cü ildən ittifaqın üzvüdür.

 


Haqverdiyev Marat Xanlar oğlu, dramaturq

1938-ci il iyulun 21-də anadan olub. 2007-ci ildən İttifaqın üzvüdür.

 


Haqverdiyeva Mahirə Oqtay qızı, aktrisa

24 fevral 1978-ci ildə anadan olub. 2005-ci ildən TXİ-nın üzvüdür.

 


Haqverdiyeva Səidə Yavər qızı, inzibatçı.

30 oktyabr 1981-ci ildə anadan olub. 2013-cü ildən İttifaqın üzvüdür.

 


Haşımov Rafael Zeynal oğlu, rəssam.

28 yanvar 1959-cu ildə anadan olub. 2014-cü ildən İttifaqın üzvüdür.

 


Haşımova Zöhrə Vaqif qızı, xor artisti.

21 fevral 1979-cu ildə anadan olub. 2019-cu ildən İttifaqın üzvüdür.

 


Heybətov Anar Mithət oğlu, aktyor.

25 sentyabr 1976-cı ildə anadan olub. 2013-cü ildən İttifaqın üzvüdür.

 


Heydərov İdris Zabud oğlu, teatrşünas

27 sentyabr 1967-ci ildə Yardımlıda anadan olub. 1994-cü ildən İttifaqın üzvüdür.

 


Heydərov Tofiq Ələddin oğlu, direktor.

14 yanvar 1957-ci ildə anadan olub. 2014-cü ildən İttifaqın üzvüdür.

 


Heydərova Ruqiyyə Yaşar qızı, aktrisa.

11 yanvar 1991-ci ildə anadan olub. 2013-cü ildən İttifaqın üzvüdür.

 


Heydərova Ülviyyə Sədaqət qızı, jurnalist

20 mart 1981- ci ildə anadan olub. 2013-cü ildən ittifaqın üzvüdür.

 


Həkimova Svetlana Cəlal qızı, aktrisa

24 yanvar 1940-cı ildə anadan olub. 1982-ci ildən TXİ-nın üzvüdür.

 


Həmidov Mübariz Şəfayət oğlu, aktyor

12 iyul 1956-cı ildə anadan olub. 1982-ci ildən İttifaqın üzvüdür.

 


Həmzəyev Nizami İbrahim oğlu, aktyor

12 sentyabr 1943-cü ildə anadan olub. 1983-cü ildən ittifaqın üzvüdür.

 


Həsənov Araz Ruslan oğlu, aktyor.

14 fevral 1979-cu ildə anadan olub. 2013-cü ildən İttifaqın üzvüdür.

<

 


Həsənov İslam Cəfər oğlu, aktyor

08 may 1965-ci ildə anadan olub. 1994-cü ildən TXİ-nın üzvüdür.

 


Həsənov İntiqam Soltan oğlu, aktyor, rejissor

11 may 1965-ci ildə anadan olub. Bakı Uşaq Teatrının bədii rəhbəridir.

 


Həsənov Vidadi İsmayıl oğlu, aktyor

16 iyul 1958-ci ildə Gəncədə doğulub. 1992-ci ildən İttifaqın üzvüdür.

 


Həsənova İradə Aslan qızı, aktrisa

18 mart 1956-cı ildə anadan olub. 1980-ci ildən İttifaqın üzvüdür.

 


Həşimova Növrəstə Xanəli qızı, aktrisa

27 noyabr 1954-cü ildə anadan olub. 1984-cü ildən TXİ üzvüdür.

 


Həşimzadə Xanlar Allahverdi oğlu, aktyor

09 fevral 1955-ci ildə anadan olub. 1977-ci ildən İttifaqın üzvüdür.

 


Hətəmov Müşfiq Mürşüd oğlu, aktyor

06 may 1969-cu ildə anadan olub. 1994-cü ildən İttifaqın üzvüdür.

 


Hüseynov Elnur Bəhrəmxan oğlu, aktyor

02 avqust 1978-ci ildə anadan olub. 2005-ci ildən İttifaqın üzvüdür.

 


Hüseynov Əli Şükür oğlu, aktyor.

20 oktyabr 1985-ci ildə anadan olub. 2013-cü ildən İttifaqın üzvüdür.

 


Hüseynov İlham Əligül oğlu – aktyor, truppa müdiri.

7 fevral 1965-ci ildə anadan olub. 1992-ci ildən İttifqın üzvüdür.

 


Hüseynov Hikmət Aydın oğlu, aktyor

20 aprel 1960-cı ildə anadan olub. 1996-cı ildən TXİ-nın üzvüdür.

 


Hüseynov Xəlil Ərrəhman oğlu, aktyor

12 avqust 1945-ci ildə anadan olub. 2000-ci ildən TXİ-nın üzvüdür.

 


Hüseynov Nadir Qəribağa oğlu, qirayətçi, pedaqoq

25 апрел 1952-ci ildə anadan olub. 1992-ci ildən İttifaqın üzvüdür.

 


Hüseynov Rafael Baba oğlu, filoloq

12 avqust 1955 ildə anadan olub. 1985-ci ildən ittifaqın üzvüdür.

 


Hüseynov Rauf Nağı oğlu, aktyor.

31 mart 1989-cu ildə anadan olub. 2013-cü ildən İttifaqın üzvüdür.

 


Hüseynov Rövşən Maqsud oğlu, aktyor, rejissor

06 fevral 1954-cü ildə doğulub. 1981-ci ildən TXİ-nın üzvüdür.

 


Hüseynov Şövqi Ərəstun oğlu, aktyor

09 avqust 1972-ci ildə anadan olub. 2003-cü ildən İttifaqın üzvüdür.

 


Hüseynova Dilarə Məlik qızı, rejissor-pedaqoq

07 avqust 1957- ci ildə anadan olub. 2013-cü ildən ittifaqın üzvüdür.

 


Hüseynova Kəmalə Müzəffər qızı, aktrisa

17 may 1967-ci ildə anadan olub. 2005-ci ildən İttifaqın üzvüdür.

 


Hüseynova Laləzar Ramil qızı, rejissor.

3 noyabr 1964-cu ildə anadan olub. 2019-cu ildən İttifaqın üzvüdür.

© Copyright 2019, Azərbaycan Teatr Xadimləri İttifaqı