>
previous arrow
next arrow
Slider
 
 
    Əziz dostlar!
 
    Qafqazın ən qocaman yaradıcılıq təşkilatı olan Azərbaycan Teatr Xadimləri İttifaqının teatrittifaqi.az saytında hamınızı xoş gördük.
    2013-cü ildən fəaliyyətə başlayan saytın yaradılmasında məqsəd qurumun keçdiyi inkişaf yolu barədə sizə ətraflı məlumat verməkdən ibarətdir. Azərbaycanın teatr aləmi ilə dünya ölkələrini daha yaxından tanış etmək və İttifaqın beynəlxalq əlaqələrini daha da genişləndirmək məqsədi ilə 2020-ci ildən etibarən saytın yeni variantı yeni dizaynda və 3 dildə təqdim olunur. Azərbaycan, rus və ingilis dillərində tərtib olunmuş sayt İttifaqın tarixinin vacib məqamlarını və bu günki fəaliyyətini özündə əks etdirir.
    1897-ci ildə "Artistlər İttifaqı" adı ilə yaranmış birlik 1917-ci ildən "Müsəlman Artistlər İttifaqı", 1920-ci ildən "Türk Aktyorlar İttifaqı", 1945-ci ildən "Azərbaycan Teatr Cəmiyyəti" kimi fəaliyyətini davam etdirmiş, 1987-ci il 27 fevral tarixli təsis Konfransının qərarı ilə "Azərbaycan Teatr Xadimləri İttifaqı" adlandırılmışdır. Özünün zəngin tarixi boyu müxtəlif adlar altında fəaliyyət göstərsə də, yarandığı vaxtdan bu günə qədər İttifaq bir məqsədə - milli teatr sənətimizin inkişafına və təbliğinə xidmət etmişdir.
    Şərəfli inkişaf yolu keçmiş Teatr  Xadimləri İttifaqına Azərbaycanın müqtədir sənətkarları başçılıq etmiş, onların rəhbərliyi ilə İttifaq zəngin təcrübə əldə edərək, fəaliyyətini dövrün tələblərinə uyğun qurmuşdur. 
    Ötən əsrin 50-ci illərindən etibarən teatr prosesinə və onun inkişafına təkan verən, güclü potensiala malik bir təşkilat kimi formalaşan qurum bu gün beynəlxalq münasibətlər sahəsində də zəngin təcrübəyə malikdir. İttifaq Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının və UNESKO-nun Beynəlxalq Teatr İnstitutunun üzvüdür. Saytın "Beynəlxalq əlaqələr" bölməsində bu barədə ətraflı məlumat verilib.
    Habelə ayrı-ayrı bölmələrdə teatr prosesinin daha da fəallaşmasına yaradıcı təsir göstərən layihələrin həyata keçirilməsi, mədəniyyətlə bağlı dövlət qurumları, yaradıcılıq birlikləri 
 
 

və ittifaqları, elm və təhsil ocaqları ilə mövcud qanunvericilik əsasında əlaqələr, gənclərlə iş, yubileylərin, anma günlərinin keçirilməsi, böyük və kiçik səhnələrdə tamaşalar hazırlanması, nəşriyyat işinin həyata keçirilməsi və s. istiqamətlərdə İttifaqın fəaliyyəti haqqında geniş informasiya təqdim olunub.
    Saytdakı məlumatların teatr sənəti sahəsində çalışan hər kəs üçün olduqca maraqlı və gərəkli olacağına şübhə etmirik. İnanırıq ki, teatrittifaqi.az saytı tərəfinizdən maraqla qarşılanacaq və tezliklə çox sayda izləyici toplayacaq.


 
 
 

 

Xəbərlər

  • 1
  • 2
  • 3
  • 1
  • 2
  • 3
  • Azərbaycan Teatr Xadimləri İttifaqı ölkəmizdə fəaliyyət göstərən ən fəal yaradıcı təşkilatlardan biridir.

  • Milli teatr prosesində fəal iştirak edən İttifaq tarixi ənənəsinə sadiq qalaraq, bu gün də mütəmadi şəkildə yaradıcılıq gecələri, görüşlər, xatirə
  • Özünün əsas vəzifəsini teatr prosesini canlandırmaqda, bütün yeni başlanğıclara təkan verməkdə, milli teatr sənətimizi çağdaş dünya teatr prosesinə qovuşdurmağa çalışmaqda
  • Azərbaycan Teatr Xadimləri İttifaqı dünyanın nüfuzlu teatr qurumlarının: YUNESKO-nun Beynəlxalq Teatr İnstitutunun və Beynəlxalq Teatr Xadimləri İttifaqları Konfederasiyasının həqiqi üzvüdür.
  • 1

A

Abbasov Aydın Ələddin oğlu, işıq üzrə rəssam

15 avqust 1947-ci ildə anadan olub. 1974-cü ildən TXİ-nın üzvüdür.

 


Abbasov Oqtay Ələddin oğlu, aktyor

12 avqust 1954-cü ildə anadan olub. 1981-ci ildən TXİ-nın üzvüdür.

 


Abbasov Samir Oqtay oğlu, aktyor

1979-cu ildə anadan olub. 2009-cu ildən TXİ-nın üzvüdür.

 


Abbasov Zakir Mahmud oğlu, jurnalist

8 avqust 1948-ci ildə anadan olub.1982-ci ildən İttifaqın üzvüdür.

 


Abbasov Zaur Kazım oğlu, texniki müdir

28 mart 1980-ci ildə anadan olub. 2013-cü ildən ittifaqın üzvüdür.

 


Abbasov Zülfüqar Şıxı oğlu, rejissor

03 may 1940-cı ildə anadan olub. 1973-cü ildən İttifaqın üzvüdür.

 


Abbaszadə Mələk Fuad qızı, aktrisa

31 oktyabr 1969-cu ildə anadan olub. 2009-cu ildən İttifaqın İttifaqın üzvüdür.

 


 

Abbasova-Budaqova Afaq Nurəhməd qızı, solist.

2 dekabr 1986-cı ildə anadan olub. 2019-cu ildən İttifaqın üzvüdür.

 


  

Abdullayev İlmar İdris oğlu, işıqçı.

11 fevral 1986-cı ildə anadan olub. 2013-cü ildən İttifaqın üzvüdür.

 


Abdullayev Əlvan Fərman oğlu, rejissor

05 sentyabr 1962-cı ildə anadan olub. 1994-cü ildən İttifaqın uzvüdür.

 


Abdullayev Kazım Ənvər oğlu, aktyor

Abdullayev Kazım Ənvər oğlu 6 aprel 1953-cü ildə anadan olub. 1980-ci ildən İttifaqın üzvüdür.

 


Abdullayev Mayis Vidadi oğlu, rəssam.

3 may 1977-ci ildə anadan olub. 2010-cu ildən İttifaqın üzvüdür.

 


Abdullayev Rauf Canbaxış oğlu – dirijor.

29 oktyabr 1937-ci ildə anadan olub. 1966-cü ildən İttifaqın üzüvüdür.

 


Abdullayeva Afət Telman qızı, kitabxanaçı.

7 noyabr 1972-ci ildə anadan olub. 2013-cü ildən İttifaqın üzvüdür.

 


Abdullayeva Dilarə İbad qızı, pedaqoq

6 iyun 1948-ci ildə anadan olub. 1993-cü ildən İttifaqın üzvüdür.

 


Abdullayeva Mehriban Abdulla qızı, aktrisa

15 may 1963-cü ildə doğulub. 1997-ci ildən İttifaqın üzvüdür.

 


Abdullayeva Nigar İsrafil qızı, redaktor.

7 noyabr 1969-cu ildə anadan olub. 2013-cü ildən İttifaqın üzvüdür.

 


Abdullayeva Yaqut Babakişi qızı, xanəndə, pedaqoq

22 iyun 1963-cü ildə anadan olub. 1990-cı ildən İttifaqın üzvüdür.

 


Abdullazadə Afaq Həbib qızı, menecer

04 yanvar 1953-cü ildə anadan olub. 1985-ci ildən İttifaqın üzvüdür.

 


Abdurahmanov İlham Ağakərim oğlu, truppa müdiri.

27 iyun 1963-cü ildə anadan olub. 2019-cu ildən İttifaqın üzvüdür.

 


Abdurrahmanov Yusif Fikrət oğlu, aktyor, rejissor.

1968-ci ildə anadan olub. 2010-cu ildən İttifaqın üzvüdür.

 


Abışlı İradə Rafiq qızı, xor artisti.

19 noyabr 1981-ci ildə anadan olub. 2019-cu ildən İttifaqın üzvüdür.

 


Abutalıbov Şirzad Əsəd oğlu, aktyor

08 avqust 1959-cu doğulub. 1993-cü ildən İttifaqın üzvüdür.

 


Adıgözəlova Məryəm Arifovna, aktrisa.

17 sentyabr 1961-ci ildə anadan olub. 2013-cü ildən İttifaqın üzvüdür.

 


Ağabəyli Mirzə Qasım oğlu, aktyor

29 avqust 1950-ci ildə anadan olub. 1980-ci ildən İttifaqın üzvüdür.

 


Ağakişiyev Rauf Fikrət oğlu, aktyor

26 mart 1972-ci ildə anadan olub. 2003-cü ildən TXİ üzvüdür.

 


Ağasiyev Tural Aydın oğlu, solist.

25 oktyabr 1981-ci ildə anadan olub. 2019-cu ildən İttifaqın üzvüdür.

 


Ağaverdiyeva Məsmə Aslan qızı, aktrisa.

11 dekabr 1978-ci ildə anadan olub. 2013-cü ildən İttifaqın üzvüdür.

 


Ağayev Miraslan Əzizəli oğlu, aktyor

1958-ci ildə anadan olub. 1984-cü ildən TXİ-nın üzvüdür.

 


Ağayev Namiq Adınalı oğlu, aktyor

13 fevral 1966-cı ildə anadan olub. 1993-cü ildən İttifaqın üzvüdür.

 


Ağayeva Məlahət Rafael qızı.

9 aprel 1977-ci ildə anadan olub. 2013-cü ildən İttifaqın üzvüdür.

 


Ağayeva Nərgiz Ağa Rövşən qızı, konsertmeyster.

8 yanvar 1993-cü ildə anadan olub. 2019-cu ildən İttifaqın üzvüdür.

 


Ağayeva Nərminə Kərim qızı, teatrşünas

1957-ci ildə anadan olub. 1992- ci ildən İttifaqın üzvüdür.

 


Ağazadə Aydın Rəhman oğlu, teatrşünas

20 fevral 1955-ci ildə anadan olub. 1992-ci ildən İttifaqın üzvüdür.

 


Axundov Bəhruz Mahmud oğlu, direktor

21 aprel 1948-ci ildə anadan olub. 1997-ci ildən İttifaqın üzvüdür.

 


Axundov Əbülfəz Dadaş oğlu, aktyor

7 sentyabr 1972-ci ildə anadan olub. 2018-ci ildən İttifaın üzvüdür.

 


Axundova Könül Bağır qızı, aktrisa, pedaqoq

09 sentyabr 1946-cı ildə anadan olub. 1990-cı ildən İttifaqın üzvüdür.

 


Allahverdiyev Yusif Fərəc oğlu, aktyor

24 dekabr 1949-cu ildə anadan olub. 1981-ci ildən TXİ-nın üzvüdür.

 


Allahvediyeva Cəmilə Telman qızı, aktrisa.

26 oktyabr 1978-ci ildə anadan olub. 2013-cü ildən İttifaqın üzvüdür.

 


Alimov İsa Heydər oğlu, aktyor

01 iyul 1942-ci ildə anadan olub. 1971-ci ildən İttifaqın üzvüdür.

 


Amanova Almaz Hüseyn qızı, aktrisa

29 noyabr 1965-ci ildə anadan olub. 1990-cı ildən İttifaqın üzüdür.

 


Atakişiyeva Asya Çingiz qızı, aktrisa

4 fevral 1983-cü ildə anadan olub. 2018-ci ildən İttifaqın üzvüdür.

 


Atakişiyeva Fərhunə Vəfa qızı, pedaqoq

21 iyul 1970-ci ildə anadan olub. 2013-cü ildən İttifaqın üzvüdür.

 


Atakişiyeva Mətanət Ağazahir qızı, aktrisa

16 may 1962-ci ildə doğulub. 1991-ci ildən İttifaqın üzvüdür.

 


Atakişiyeva Simuzər Nadir qızı, aktrisa

5 may 1972-ci ildə anadan olub. 1996-cı ildən İttifaqın üzvüdür.

 


Atayev Fəxrəddin Qəhrəman oğlu, dirijor

31 yanvar 1972-ci ildə anadan olub. 2019-cu ildən İttifaqın üzvüdür.

 


Atlıxanova Şəhla Atlıxan qızı, texniki təhlükəsizlik mühəndisi.

7 iyul 1977-ci ildə anadan olub. 2019-cu ildən İttifaqın üzvüdür.

 


© Copyright 2019, Azərbaycan Teatr Xadimləri İttifaqı