>
previous arrow
next arrow
Slider
 
 
    Əziz dostlar!
 
    Qafqazın ən qocaman yaradıcılıq təşkilatı olan Azərbaycan Teatr Xadimləri İttifaqının teatrittifaqi.az saytında hamınızı xoş gördük.
    2013-cü ildən fəaliyyətə başlayan saytın yaradılmasında məqsəd qurumun keçdiyi inkişaf yolu barədə sizə ətraflı məlumat verməkdən ibarətdir. Azərbaycanın teatr aləmi ilə dünya ölkələrini daha yaxından tanış etmək və İttifaqın beynəlxalq əlaqələrini daha da genişləndirmək məqsədi ilə 2020-ci ildən etibarən saytın yeni variantı yeni dizaynda və 3 dildə təqdim olunur. Azərbaycan, rus və ingilis dillərində tərtib olunmuş sayt İttifaqın tarixinin vacib məqamlarını və bu günki fəaliyyətini özündə əks etdirir.
    1897-ci ildə "Artistlər İttifaqı" adı ilə yaranmış birlik 1917-ci ildən "Müsəlman Artistlər İttifaqı", 1920-ci ildən "Türk Aktyorlar İttifaqı", 1945-ci ildən "Azərbaycan Teatr Cəmiyyəti" kimi fəaliyyətini davam etdirmiş, 1987-ci il 27 fevral tarixli təsis Konfransının qərarı ilə "Azərbaycan Teatr Xadimləri İttifaqı" adlandırılmışdır. Özünün zəngin tarixi boyu müxtəlif adlar altında fəaliyyət göstərsə də, yarandığı vaxtdan bu günə qədər İttifaq bir məqsədə - milli teatr sənətimizin inkişafına və təbliğinə xidmət etmişdir.
    Şərəfli inkişaf yolu keçmiş Teatr  Xadimləri İttifaqına Azərbaycanın müqtədir sənətkarları başçılıq etmiş, onların rəhbərliyi ilə İttifaq zəngin təcrübə əldə edərək, fəaliyyətini dövrün tələblərinə uyğun qurmuşdur. 
    Ötən əsrin 50-ci illərindən etibarən teatr prosesinə və onun inkişafına təkan verən, güclü potensiala malik bir təşkilat kimi formalaşan qurum bu gün beynəlxalq münasibətlər sahəsində də zəngin təcrübəyə malikdir. İttifaq Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının və UNESKO-nun Beynəlxalq Teatr İnstitutunun üzvüdür. Saytın "Beynəlxalq əlaqələr" bölməsində bu barədə ətraflı məlumat verilib.
    Habelə ayrı-ayrı bölmələrdə teatr prosesinin daha da fəallaşmasına yaradıcı təsir göstərən layihələrin həyata keçirilməsi, mədəniyyətlə bağlı dövlət qurumları, yaradıcılıq birlikləri 
 
 

və ittifaqları, elm və təhsil ocaqları ilə mövcud qanunvericilik əsasında əlaqələr, gənclərlə iş, yubileylərin, anma günlərinin keçirilməsi, böyük və kiçik səhnələrdə tamaşalar hazırlanması, nəşriyyat işinin həyata keçirilməsi və s. istiqamətlərdə İttifaqın fəaliyyəti haqqında geniş informasiya təqdim olunub.
    Saytdakı məlumatların teatr sənəti sahəsində çalışan hər kəs üçün olduqca maraqlı və gərəkli olacağına şübhə etmirik. İnanırıq ki, teatrittifaqi.az saytı tərəfinizdən maraqla qarşılanacaq və tezliklə çox sayda izləyici toplayacaq.


 
 
 

 

Xəbərlər

  • 1
  • 2
  • 3
  • 1
  • 2
  • 3
  • Azərbaycan Teatr Xadimləri İttifaqı ölkəmizdə fəaliyyət göstərən ən fəal yaradıcı təşkilatlardan biridir.

  • Milli teatr prosesində fəal iştirak edən İttifaq tarixi ənənəsinə sadiq qalaraq, bu gün də mütəmadi şəkildə yaradıcılıq gecələri, görüşlər, xatirə
  • Özünün əsas vəzifəsini teatr prosesini canlandırmaqda, bütün yeni başlanğıclara təkan verməkdə, milli teatr sənətimizi çağdaş dünya teatr prosesinə qovuşdurmağa çalışmaqda
  • Azərbaycan Teatr Xadimləri İttifaqı dünyanın nüfuzlu teatr qurumlarının: YUNESKO-nun Beynəlxalq Teatr İnstitutunun və Beynəlxalq Teatr Xadimləri İttifaqları Konfederasiyasının həqiqi üzvüdür.
  • 1

Q

Qafarov Nazir Gülməmməd oğlu, aktyor

01 yanvar 1945-ci ildə anadan olub. 1982-ci ildən TXİ-nın üzvüdür.

 


Qafarov Vidadi Ramiz oğlu, teatrşünas

1961-ci il dekabrın 29-da anadan olub. 1990-cı ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.

 


Qafarova Aidə Eldar qızı, mədəniyyətşünas

17 iyun 1973-cü ildə anadan olub. 2009-cu ildən İttifaqın üzvüdür.

 


Qafarova Zemfira Həsən qızı, musiqişünas, pedaqoq

22 noyabr 1942-ci ildə doğulub. 2009-cu ildən İttifaqın üzvüdür.

 


Qarayev Qaçaq Məhərrəm oğlu, aktyor.

1 noyabr 1981-ci ildə anadan olub. 2013-cü ildən İttifaqın üzvüdür.

 


Qarayev Rəhman Telman oğlu, xor artisti.

27 noyabr 1998-ci ildə anadan olub. 2019-cu ildən İttifaqın üzvüdür.

 


Qarayev Yasin Mikayıl oğlu, aktyor

22 may 1946-cı ildə doğulub. 1976-cı ildən İttifaqın üzvüdür.

 


Qardaşov Faiq Qardaş oğlu, direktor.

15 iyun 1960-cı ildə anadan olub. 2019-cu ildən İttifaqın üzvüdür.

 


Qasımov Fuad Tacəddin oğlu – aktyor.

6 mart 1964-cü ildə anadan olub. 2019-cu ildən İttifaqın üzvüdür.

 


Qasımov Əli Teymur oğlu, aktyor

26 aprel 1956-cı ildə anadan olub. 1982-ci ildən TXİ-nın üzvüdür.

 


Qasımov Məmmədsəfa Məmmədəli oğlu, aktyor

25 iyul 1960-cı ildə anadan olub. 1992-ci ildən İttifaqın üzvüdür.

 


Qasımov Niyaz İlyas oğlu, aktyor.

18 mart 1988-ci ildə anadan olub. 2013-cü ildən İttifaqın üzvüdür.

 


Qasımov Ramil Adıgözəl oğlu, direktor.

10 dekabr 1984-cü ildə anadan olub. 2013-cü ildən İttifaqın üzvüdür.

 


Qasımov Şəmsəddin Mustafa oğlu, bəstəkar

27 iyun 1955-ci ildə doğulub. 2009-cu ildən TXİ-nın üzvüdür.

 


Qasımov Tariyel İsgəndər oğlu, aktyor

04 fevral 1939-cu ildə doğulub. 1965-ci ildən İttifaqın üzvüdür.

 


Qasımova Fidan Əkrəm qızı – vokalist, pedaoqoq.

17 iyun 1947-ci ildə anadan olub. 2017-ci ildən İttifaqın Fəxri üzvüdür.

 


Qasımova Xuraman Əkrəm qızı – vokalist, pedaqoq.

6 iyun 1951-ci ildə anadan olub. 1978-ci ildən İttifaqın üzvüdür.

 


Qazızadə İlham Mustafa oğlu, filoloq

1942-ci il dekabrın 2-də anadan olub. 1975-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.

 


Qədimov Rafael Sabir oğlu, rəssam

29 sentyabr 1969-cü ildə doğulub. 1997- ci ildən TXİ-nın üzvüdür.

 


Qədimova Kəmalə Ağacan qızı, aktrisa.

7 iyul 1975-ci ildə anadan olub. 2019-cu ildən İttifaqın üzvüdür.

 


Qədirova Gülnarə Sovet qızı, aktrisa

14 dekabr 1972-ci ildə anadan olub. 2003-cü ildən TXİ-nın üzvüdür.

 


Qəniyev Telman Xanış oğlu, dirijor.

1970-ci ildə anadan olub. 2013-cü ildən İttifaqın üzvüdür.

 


Qəribova Nargilə Dursun qızı, aktrisa

03 mart 1977-ci ildə anadan olub. 2009-cu ildən İttifaqın üzvüdür.

 


Qorçu Tərlan Böyükbala oğlu, rejissor, rəssam

1953-cü ildə Bakıda doğulub. 1986- cı ildən İttifaqın üzvüdür.

 


Qrinyova Lyubаvа Yevğenyevna, prodüser

05 avqust 1976-cı ildə anadan olub. 2009-cü ildən İttifaqın üzvüdür.

 


Quliyev Elxan Ağabala oğlu, aktyor

02 noyabr 1952-ci ildə doğulub. 1990-cı ildən İttifaqın üzvüdür.

 


Quliyev Əzizağa Rza oğlu, aktyor, pedaqoq

04 may 1940-cı ildə doğulub. 1965-ci ildən TXİ-nın üzvüdür.

 


Quliyev Kamran Məmmədqulu oğlu, aktyor, rejissor

09 sentyabr 1958-ci ildə doğulub. 1990-cı ildən TXİ-nın üzvüdür.

 


Quliyev Qabil Əzizulla oğlu, aktyor

19 aprel 1949-ci ildə anadan olub. 1978-ci ildən TXİ-nın üzvüдцр.

 


Quliyev Sərvər Səftar oğlu, aktyor

15 aprel 1962-ci ildə anadan olub. 1993-cü ildən ittifaqın üzvüdür.

 


Quliyeva İntizar Təhməzqulu qızı, aktrisa

09 dekabr 1963-cü ildə anadan olub. 1990-cı ildən İttifaqın üzvüdür.

 


Quliyeva Gülarə Kamal qızı, quruluş hissə müdiri.

20 yanvar 1978-ci ildə anadan olub. 2019-cu ildən İttifaqın üzvüdür.

 


Quliyeva Qızılgül Polad qızı, aktrisa

20 iyun 1960-cı ildə anadan olub. 1984-cü ildən TXİ-nın üzvüdür.

 


Quliyeva Səidə Əbülfəz qızı, aktrisa

05 mart 1957-ci ildə doğulub. 1982-ci ildən İttifaqın üzvüdür.

 


Quluşov Cəbrayıl Məhəmməd oğlu, aktyor.

21 iyul 1981-ci ildə anadan olub. 2013-cü ildən İttifaqın üzvüdür.

 


Quluzadə Lətifə Nəsir qızı, rəssam

29 avqust 1946-cı ildə doğulub. 1977-ci ildən İttifaqın üzvüdür.

 


Qurbanəliyev Ələsgər Novruzəli oğlu, aktyor

23 mart 1948-ci ildə anadan olub. 1985-ci ildən İttifaqın üzvüdür.

 


Qurbanlı Ramilə Cəfər qızı, jurnalist

13 oktyabr 1970-ci ildə anadan olub. 2013-cü ildən ittifaqın üzvüdür.

 


Qurbanov Cahangir Qafar oğlu, solist.

17 sentyabr 1976-cı ildə anadan olub. 2019-cu ildən İttifaqın üzvüdür.

 


Qurbanov Eldar Hacıbaba oğlu, rəssam

20 yanvar 1948-ci ildə anadan olub. 2011-ci ildən İttifaqın üzvüdür.

 


Qurbanova Əsmər Srahəddin qızı, aktrisa

30 iyul 1976-cı ildə anadan olub. 2003-cü ildən TXİ-nın üzvüdür.

 


Qurbanova Gülzar Qurban qızı, aktrisa

24 iyun 1970-ci ildə anadan olub. 2009-cu ildən İttifaqın üzvüdür.

 


Qurbanova Günay Fəxrəddin qızı, aktrisa

01 may 1977-ci ildə doğulub. 2009-cu ildən TXİ-nın üzvüdür.

 


Qurbanova Lalə Dəmir qızı, aktrisa.

15 noyabr 1971-ci ildə anadan olub. 2019-cu ildən İttifaqın üzvüdür.

 


Qurbanova Pərvanə Yaqub qızı, aktrisa

02 aprel 1965-ci ildə anadan olub. 2003-cü ildən TXİ-nın üzvüdür.

 


Qurbanova Zulfiyyə Misirxan qızı – aktrisa.

4 yanvar 1984-cü ildə anadan olub. 2017-ci ildən İttifaqın üzvüdür.

© Copyright 2019, Azərbaycan Teatr Xadimləri İttifaqı