>
previous arrow
next arrow
Slider
 
 
    Əziz dostlar!
 
    Qafqazın ən qocaman yaradıcılıq təşkilatı olan Azərbaycan Teatr Xadimləri İttifaqının teatrittifaqi.az saytında hamınızı xoş gördük.
    2013-cü ildən fəaliyyətə başlayan saytın yaradılmasında məqsəd qurumun keçdiyi inkişaf yolu barədə sizə ətraflı məlumat verməkdən ibarətdir. Azərbaycanın teatr aləmi ilə dünya ölkələrini daha yaxından tanış etmək və İttifaqın beynəlxalq əlaqələrini daha da genişləndirmək məqsədi ilə 2020-ci ildən etibarən saytın yeni variantı yeni dizaynda və 3 dildə təqdim olunur. Azərbaycan, rus və ingilis dillərində tərtib olunmuş sayt İttifaqın tarixinin vacib məqamlarını və bu günki fəaliyyətini özündə əks etdirir.
    1897-ci ildə "Artistlər İttifaqı" adı ilə yaranmış birlik 1917-ci ildən "Müsəlman Artistlər İttifaqı", 1920-ci ildən "Türk Aktyorlar İttifaqı", 1945-ci ildən "Azərbaycan Teatr Cəmiyyəti" kimi fəaliyyətini davam etdirmiş, 1987-ci il 27 fevral tarixli təsis Konfransının qərarı ilə "Azərbaycan Teatr Xadimləri İttifaqı" adlandırılmışdır. Özünün zəngin tarixi boyu müxtəlif adlar altında fəaliyyət göstərsə də, yarandığı vaxtdan bu günə qədər İttifaq bir məqsədə - milli teatr sənətimizin inkişafına və təbliğinə xidmət etmişdir.
    Şərəfli inkişaf yolu keçmiş Teatr  Xadimləri İttifaqına Azərbaycanın müqtədir sənətkarları başçılıq etmiş, onların rəhbərliyi ilə İttifaq zəngin təcrübə əldə edərək, fəaliyyətini dövrün tələblərinə uyğun qurmuşdur. 
    Ötən əsrin 50-ci illərindən etibarən teatr prosesinə və onun inkişafına təkan verən, güclü potensiala malik bir təşkilat kimi formalaşan qurum bu gün beynəlxalq münasibətlər sahəsində də zəngin təcrübəyə malikdir. İttifaq Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının və UNESKO-nun Beynəlxalq Teatr İnstitutunun üzvüdür. Saytın "Beynəlxalq əlaqələr" bölməsində bu barədə ətraflı məlumat verilib.
    Habelə ayrı-ayrı bölmələrdə teatr prosesinin daha da fəallaşmasına yaradıcı təsir göstərən layihələrin həyata keçirilməsi, mədəniyyətlə bağlı dövlət qurumları, yaradıcılıq birlikləri 
 
 

və ittifaqları, elm və təhsil ocaqları ilə mövcud qanunvericilik əsasında əlaqələr, gənclərlə iş, yubileylərin, anma günlərinin keçirilməsi, böyük və kiçik səhnələrdə tamaşalar hazırlanması, nəşriyyat işinin həyata keçirilməsi və s. istiqamətlərdə İttifaqın fəaliyyəti haqqında geniş informasiya təqdim olunub.
    Saytdakı məlumatların teatr sənəti sahəsində çalışan hər kəs üçün olduqca maraqlı və gərəkli olacağına şübhə etmirik. İnanırıq ki, teatrittifaqi.az saytı tərəfinizdən maraqla qarşılanacaq və tezliklə çox sayda izləyici toplayacaq.


 
 
 

 

Xəbərlər

  • 1
  • 2
  • 3
  • 1
  • 2
  • 3
  • Azərbaycan Teatr Xadimləri İttifaqı ölkəmizdə fəaliyyət göstərən ən fəal yaradıcı təşkilatlardan biridir.

  • Milli teatr prosesində fəal iştirak edən İttifaq tarixi ənənəsinə sadiq qalaraq, bu gün də mütəmadi şəkildə yaradıcılıq gecələri, görüşlər, xatirə
  • Özünün əsas vəzifəsini teatr prosesini canlandırmaqda, bütün yeni başlanğıclara təkan verməkdə, milli teatr sənətimizi çağdaş dünya teatr prosesinə qovuşdurmağa çalışmaqda
  • Azərbaycan Teatr Xadimləri İttifaqı dünyanın nüfuzlu teatr qurumlarının: YUNESKO-nun Beynəlxalq Teatr İnstitutunun və Beynəlxalq Teatr Xadimləri İttifaqları Konfederasiyasının həqiqi üzvüdür.
  • 1

K

Kaşanlı Rafiq Rizvan oğlu, filoloq

09 aprel 1941-ci ildə anadan olub. 1997-ci ildən ittifaqın üzvüdür.

 


Kazımov Ağəddin Heydər oğlu, təsərrüfat rəisi

17 mart 1960-ci ildə anadan olub. 2013-cü ildən İttifaqın üzvüdür.

 


Kazımov Fuad Möhübbət oğlu, aktyor

03 dekabr 1972-ci ildə anadan olub. 1 2003-cü ildən TXİ-nın üzvüdür.

 


Kazımov Nicat Mirəziz oğlu, aktyor, rejissor

17 iyun 1972-ci ildə anadan olub. 1997-ci ildən İttifaqın üzvüdür.

 


Kərimduxt Rövşən Ramazan oğlu, aktyor.

24 oktyabr 1969-cu ildə anadan olub. 2018-ci Ildən İttifaqın üzvüdür.

 


Kərimov Azər Kərim oğlu, aktyor.

16 yanvar 1974-cü ildə anadan olub. 2013-cü ildən İttifaqın üzvüdür.

 


Kərimli Nazim Sədi oğlu, səs operatoru

15 avqust 1964-cü ildə anadan olub. 2013-cü ildən ittifaqın üzvüdür.

 


Kərimov Bəxtiyar Əli oğlu, aktyor

01 fevral 1948-ci ildə doğulub. 1976-cı ildən İttifaqın üzvüdür.

 


Kərimov Elnur Umbay oğlu, aktyor

11 sentyabr 1981-ci ildə anadan olub. 2005-ci ildən İttifaqın üzvüdür.

 


Kərimov Loğman Seyfulla oğlu, aktyor, rejissor

11 yanvar 1959-cu ildə doğulub. 1981-ci ildən İttifaqın üzvüdür.

 


Kərimov Valeh Seyfulla oğlu, aktyor

1944-cü ildə şəhərində doğulub. 1970-ci ildən TXİ-nın üzvüdür.

 


Kərimov Vətən Heydər oğlu – təşkilatçı.

5 may 1947-ci ildə anadan olub. 1997-ci ildən İttifaqın üzvüdür.

 


Kərimova Elmira Meydan qızı, teatrşünas

05 dekabr 1946-cı ildə anadan olub. 1976-cı ildən İttifaqın üzvüdür.

 


Kərimova Cəmilə Rüstəm qızı – balet artisti.

30 oktyabr 1991-ci ildə anadan olub. 2019-cu ildən İttifaqın üzvüdür.

 


Kərimova Nərgiz Faiq qızı, aktrisa

13 avqust 1970-ci ildə anadan olub. 2009-cu ildən İttifaqın üzvüdür.

© Copyright 2019, Azərbaycan Teatr Xadimləri İttifaqı