>
previous arrow
next arrow
Slider
 
 
    Əziz dostlar!
 
    Qafqazın ən qocaman yaradıcılıq təşkilatı olan Azərbaycan Teatr Xadimləri İttifaqının teatrittifaqi.az saytında hamınızı xoş gördük.
    2013-cü ildən fəaliyyətə başlayan saytın yaradılmasında məqsəd qurumun keçdiyi inkişaf yolu barədə sizə ətraflı məlumat verməkdən ibarətdir. Azərbaycanın teatr aləmi ilə dünya ölkələrini daha yaxından tanış etmək və İttifaqın beynəlxalq əlaqələrini daha da genişləndirmək məqsədi ilə 2020-ci ildən etibarən saytın yeni variantı yeni dizaynda və 3 dildə təqdim olunur. Azərbaycan, rus və ingilis dillərində tərtib olunmuş sayt İttifaqın tarixinin vacib məqamlarını və bu günki fəaliyyətini özündə əks etdirir.
    1897-ci ildə "Artistlər İttifaqı" adı ilə yaranmış birlik 1917-ci ildən "Müsəlman Artistlər İttifaqı", 1920-ci ildən "Türk Aktyorlar İttifaqı", 1945-ci ildən "Azərbaycan Teatr Cəmiyyəti" kimi fəaliyyətini davam etdirmiş, 1987-ci il 27 fevral tarixli təsis Konfransının qərarı ilə "Azərbaycan Teatr Xadimləri İttifaqı" adlandırılmışdır. Özünün zəngin tarixi boyu müxtəlif adlar altında fəaliyyət göstərsə də, yarandığı vaxtdan bu günə qədər İttifaq bir məqsədə - milli teatr sənətimizin inkişafına və təbliğinə xidmət etmişdir.
    Şərəfli inkişaf yolu keçmiş Teatr  Xadimləri İttifaqına Azərbaycanın müqtədir sənətkarları başçılıq etmiş, onların rəhbərliyi ilə İttifaq zəngin təcrübə əldə edərək, fəaliyyətini dövrün tələblərinə uyğun qurmuşdur. 
    Ötən əsrin 50-ci illərindən etibarən teatr prosesinə və onun inkişafına təkan verən, güclü potensiala malik bir təşkilat kimi formalaşan qurum bu gün beynəlxalq münasibətlər sahəsində də zəngin təcrübəyə malikdir. İttifaq Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının və UNESKO-nun Beynəlxalq Teatr İnstitutunun üzvüdür. Saytın "Beynəlxalq əlaqələr" bölməsində bu barədə ətraflı məlumat verilib.
    Habelə ayrı-ayrı bölmələrdə teatr prosesinin daha da fəallaşmasına yaradıcı təsir göstərən layihələrin həyata keçirilməsi, mədəniyyətlə bağlı dövlət qurumları, yaradıcılıq birlikləri 
 
 

və ittifaqları, elm və təhsil ocaqları ilə mövcud qanunvericilik əsasında əlaqələr, gənclərlə iş, yubileylərin, anma günlərinin keçirilməsi, böyük və kiçik səhnələrdə tamaşalar hazırlanması, nəşriyyat işinin həyata keçirilməsi və s. istiqamətlərdə İttifaqın fəaliyyəti haqqında geniş informasiya təqdim olunub.
    Saytdakı məlumatların teatr sənəti sahəsində çalışan hər kəs üçün olduqca maraqlı və gərəkli olacağına şübhə etmirik. İnanırıq ki, teatrittifaqi.az saytı tərəfinizdən maraqla qarşılanacaq və tezliklə çox sayda izləyici toplayacaq.


 
 
 

 

Xəbərlər

  • 1
  • 2
  • 3
  • 4
  • 1
  • 2
  • 3
  • Azərbaycan Teatr Xadimləri İttifaqı ölkəmizdə fəaliyyət göstərən ən fəal yaradıcı təşkilatlardan biridir.

  • Milli teatr prosesində fəal iştirak edən İttifaq tarixi ənənəsinə sadiq qalaraq, bu gün də mütəmadi şəkildə yaradıcılıq gecələri, görüşlər, xatirə
  • Özünün əsas vəzifəsini teatr prosesini canlandırmaqda, bütün yeni başlanğıclara təkan verməkdə, milli teatr sənətimizi çağdaş dünya teatr prosesinə qovuşdurmağa çalışmaqda
  • Azərbaycan Teatr Xadimləri İttifaqı dünyanın nüfuzlu teatr qurumlarının: YUNESKO-nun Beynəlxalq Teatr İnstitutunun və Beynəlxalq Teatr Xadimləri İttifaqları Konfederasiyasının həqiqi üzvüdür.
  • 1

İ

İbrahimov Cavid Zəfər oğlu, aktyor.

1985-ci ildə anadan olub. 2011-ci ildən İttifaqın üzvüdür.

 


İbrahimov Eyvaz Abbas oğlu, aktyor

14 yanvar 1969-cu ildə дoğulub. 1997-ci ildən İttifaqın üzvüdür.

 


İbrahimov İlqar Cəmil oğlu, aktyor

03 mart 1959-cu ildə anadan olub. 1990-cı ildən TXİ üzvüdür.

 


İbrahimov Namiq İsaбала oğlu, rejissor

22 avqust 1955-ci ildə anadan olub. 1981-ci ildən ittifaqın üzvüdür.

 


İbrahimov Nazim Paşa oğlu, aktyor

27 aprel 1937-ci ildə doğulub. 1962-ci ildən İttifaqın üzvüdür.

 


İbrahimov Rafiq Əli oğlu, aktyor

02 noyabr 1955-ci ildə anadan olub. 1984-cü ildən TXİ-nın üzvüdür.

 


İbrahimova Aysel İsgəndər qızı, xor artisti.

15 sentyabr 1992-ci ildə anadan olub. 2019-cu ildən İttifaqın üzvüdür.

 


İbrahimova Elmira Məhəmməd qızı, aktrisa.

3 oktyabr 1957-ci ildə anadan olub. 2014-cü ildən İttifaqın üzvüdür.

 


İbrahimova Zülfiyyə Məhəmməd qızı, dirijor, bədii rəhbər, pedaqoq.

9 yanvar 1970-ci ildə anadan olub. 2019-cu ildən İttifaqın üzvüdür.

 


İlyasov Rövşad Zakir oğlu, aktyor.

12 oktyabr 1977-ci ildə anadan olub. 2013-cü ildən İttifaqın üzvüdür.

 


İmamquliyev Zöhrab Həmzə oğlu, ansambl rəhbəri

01 yanvar 1963-cü ildə anadan olub. 1990-ci ildən ittifaqın üzvüdür.

 


İmanov Eldar Şura oğlu, aktyor

1 yanvar 1968-ci ildə anadan olub. 1993-cü ildən İttifaqın üzvüdür.

 


İmanov İsmayıl Mürsəl oğlu, dramaturq, ssenarist.

28 iyul 1977-ci ildə anadan olub. 2013-cü ildən İttifaqın üzvüdür.

 


İmranova İnna Aleksandrovna, aktrisa.

1981-ci ildə anadan olub. 2013-cü ildən İttifaqın üzvüdür.

 


İsgəndərov Faiq Ağamehdi oğlu, səs rejissoru

27 may 1956-cı ildə anadan olub. 2013-cü ildən ittifaqın üzvüdür.

 


İsgəndərov Saqif Sarı oğlu, direktor.

1959-cu ildə anadan olub. 2010-cu ildən İttifaqın üzvüdür.

 


İsgəndərova Xanirə Carulla qızı, aktrisa.

23 sentyabr 1963-cü ildə anadan olub. 2013-cü ildən İttifaqın üzvüdür.

 


İsgəndərova Sədaqət Adil qızı, teatr işi təçkilatçısı

03 mart 1954-cü ildə anadan olub. 1997-ci ildən İttifaqın üzvüdür.

 


İsgəndərova Sənubər Sabir qızı, aktrisa

25 oktyabr 1960-cı ildə doğulub. 1993-cü ildən İttifaqın üzvüdür.

 


İsmayılov Hacı Məcid oğlu, aktyor

22 yanvar 1944-cü ildə doğulub. 1968-ci ildən İttifaqın üzvüdür.

 


İsmayılov Salamulla Xeyrulla oğlu, aktyor

10 avqust 1951-ci ildə anadan olub. 1980-ci ildən İttifaqın üzvüdür.

 


İsmayılova Dilbər Əli qızı, rejissor köməkçisi

1959-cu ildə anadan olub. 1990-cı ildən İttifaqın üzvüdür.

 


İsmayılzadə Naidə Məbud qızı, direktor.

9 mart 1959-cu ildə anadan olub. 2013-cü ildən İttifaqın üzvüdür.

 


İsmayılova Səkinə Qulu qızı, solist-vokalist

4 fevral 1956-cı ildə anadan olub. 1974-cü ildən İttifaqın üzvüdür.

© Copyright 2019, Azərbaycan Teatr Xadimləri İttifaqı