TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

 

"XXI əsr teatr fəlsəfəsi: mövcudluq konsepsiyası" adlı V Bakı Beynəlxalq Teatr Konfransı

 

5-6 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə "XXI əsr teatr fəlsəfəsi: mövcudluq konsepsiyası" adlı V Bakı Beynəlxalq Teatr Konfransı keçirildi. Konfransın məqsədi müasir dünya teatrının aktual problemlərinə mədəniyyətlərarası dialoq kontekstində işıq salmaq, “sərhədsiz teatr” ideyasını aksentləşdirmək, həmçinin Azərbaycan teatr məkanına düşüncə və informasiya axınını bərpa etməkdir.

Azərbaycan Dövlət Musiqili Teatrında keçirilən tədbirdə dünyanın 40-dan çox ölkəsindən gəlmiş teatr xadimləri iştirak etdilər.

Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində ötən beynəlxalq teatr konfranslarından bəhs edən fotosərgi və Milli Kitabxana tərəfindən təşkil edilən kitab sərgisi ilə tanış oldular. Tədbirin açılış mərasimində Beynəlxalq Teatr Konfransının tarixini, Azərbaycan teatrının şanlı keçmişini əks etdirən videomaterial nümayiş olundu. Sonra "British Council Azerbaijan" təşkilatının "Unlimited" proqramı çərçivəsində əlilliyi olan insanlardan təşkil olunmuş inklüziv truppa səhnədə çıxış etdi. Truppanın təqdim etdiyi göstəri sosiumda fiziki məhdudiyyətli şəxslərin üzləşdiyi problemləri aksentləşdirirdi.

Azərbaycan Respublikası Prezident Administrasiyasının humanitar siyasət şöbəsinin müdiri Fərəh Əliyeva tədbir iştirakçılarını salamlayaraq Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunu oxudu.

Mədəniyyət Naziri Əbülfəs Qarayev öz çıxışında ölkəmizdə iki ildən bir gerçəkləşən konfransın əhəmiyyətindən danışdı. O, bildirdi ki: “Konfrans Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı"na əsasən keçirilir. Builki konfransda 120 xarici qonaq iştirak edir. Məruzəçilər arasında nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri yer alır. Müxtəlif ölkələrdən teatr xadimlərinin yenidən bir araya gəlməsi və belə bir tədbirin Bakıda keçirilməsi bizdə qürur hissi doğurur.

Azərbaycan dövləti teatr sənətinin inkişafına böyük diqqət yetirir. Teatrımız XXI əsrdə yeni mərhələyə qədəm qoyub. Teatrlarımız dünyanın ən məşhur festivallarında uğurla çıxış edir. Ölkəmizdə həyatın bütün sahələri kimi, mədəniyyət sahəsinə də xüsusi qayğı var. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizə keçirilən beynəlxalq tədbirlər, forumlar, konfranslar, beynəlxalq yarışlar, reallaşdırılan layihələr ümumilikdə dövlətimizin daha yaxından tanınmasına xidmət edir... ...Bizim teatr sənətimizin bir əsrdən çox yaşı var. Təkcə Bakıda deyil, bölgələrdə olan teatrlarımız da yeni inkişaf yoluna qədəm qoyub. Bu yaxınlarda Sumqayıt Dövlət Teatrı və Mingəçevir Dövlət Dram Teatrı 50 illiyini qeyd etdik.

Bu gün Azərbaycan ərazisinin 20 faizi Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunub. Həmin yerlərdə teatr binaları, incəsənət, mədəniyyət abidləri, çoxsaylı tarixi abidlər dağıdılıb. Bu gün Ağdam, Füzuli, Şuşa, İrəvan teatrları qaçqın taleyi yaşayır və öz mövcudluqlarını qoruyub saxlamaq üçün bütün çətinliklərə sinə gərir. Biz xalqımıza məxsus bütün mədəni dəyərləri qorumağa, ona sahib çıxmağa çalışmalıyıq. Builki konfransın əvvəlkilərdən fərqləndiyini diqqətə çatdıran Nazir deyib ki, konfrans iştirakçıları "YARAT" Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə keçiriləcək beynəlxalq M.A.P festivalında da iştirak edəcəklər”.

Tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov, Beynəlxalq Teatr İnstitutunun (BTİ) prezidenti Məhəmməd Ələfxam, UNESCO-nun Sülh Artisti Əli Mahdi, Beynəlxalq Kukla Teatrları İttifaqının (UNIMA) kommunikasiya və ictimai əlaqələr üzrə komissiyasının sədri Katarina Klançnik-Kokutar, GİTİS Universitetinin rektoru Qriqori Zaslavskinin , Beynəlxalq Uşaq və Gənclər Teatrları Assosiasiyasının (ASSITEJ) prezidenti İvet Hardi çıxış edərək konfransın əhəmiyyətindən danışıb, dünya teatrlarının bir araya gəlməsi və qarşılıqlı fikir mübadiləsi baxımından önəmini vurğulayıblar.

Konfrans aşağıdakı proqram çərçivəsində reallaşıb:

4 noyabr, bazar Gün ərzində – qonaqların qarşılanması və otellərdə yerləşdirilməsi

saat 15:00 – “Fiziki teatr”.

Ustad sinfi: Lidiya Kopina (Rusiya)

(Azərbaycan Dövlət Rus Dram Teatrı, Xaqani küç., 7)

 

5 noyabr, bazar ertəsi,

saat 08:30 – Fəxri Xiyaban və Şəhidlər Xiyabanına ziyarət

saat 09:30 – Konfrans iştirakçılarının qeydiyyatı (Azərbaycan Dövlət Musiqili Teatrı, Z.Əliyeva küç.8)

saat 10:00 – Konfransın rəsmi açılış mərasimi

Salamlama çıxışları:

1. Azərbaycan Respublikasının Mədəniyyət Naziri Əbülfəs Qarayev (Azərbaycan)

2. BTİ Beynəlxalq Teatr İnstitutun Prezidenti Məhəmməd Ələfxam (Birləşmiş Ərəb Əmirlikləri)

3. UNESCO-nun Sülh Uğrunda Artisti, Beynəlxalq Teatr Institutun baş katibi Əli Mahdi (Sudan)

4. Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov (Azərbaycan)

5. UNİMA Beynəlxalq Kukla Teatrları İttifaqı, kommunikasiya və ictimai əlaqələr üzrə komissiyasının sədri Katarina Klançnik-Kokutar (Sloveniya)

6. GİTİS Universitetinin rektoru Qriqori Zaslavski (Rusiya)

7. ASSİTEJ Beynəlxalq Uşaq və Gənclər Teatrları Assosiasiyasının prezidenti İvet Hardi (Cənubi Afrika Respublikası)

saat 11:00 - Fasilə

saat 11:30

Plenar iclas

Moderatorlar: Əliqismət Lalayev (Azərbaycan) və Lela Oçiauri (Gürcüstan)

Çıxışçılar:

1. Laşa Çxartişvili (Gürcüstan)

2. Monika Bahonero Diaz (Meksika)

3. Mişel Vais (Kanada)

4. Leyla Səlimova (Rusiya)

5. Aydın Talıbzadə (Azərbaycan)

6. Pravin Bhole (Hindistan)

saat 12:30 - Nahar

saat 14.00

Plenar iclas

Moderatorlar: Məryəm Əlizadə (Azərbaycan) və Emil Səlimov (Fransa)

Çıxışçılar:

1. İlham Rəhimli (Azərbaycan)

2. Galina Verbitskaya (Rusiya)

3. Piter Goldfarb (ABŞ)

4. Olga Buravlyova (Belarus)

5. Ravi Çaturvedi, Yogita Svami (Hindistan)

6. Faramarz Gholamian (İran)

saat 15:00 - Fasilə

saat 15.30

Plenar iclas

Çıxışçılar:

1. Tlilani Ahcene (Əlcəzair)

2. Cosef Teoqa Ruşan Fernandopulle (Şri Lanka)

3. Saniya Kabdiyeva (Qazaxıstan)

4. Adil Əsədov (Azərbaycan)

5. Ebru Gokdaq (Türkiyə)

6. Lela Oçiauri (Gürcüstan)

saat 19.00

İştirakçıların şərəfinə ziyafət: Bakı Biznes Mərkəzi, Dənizkənarı Bulvar

 

6 noyabr, çərşənbə axşamı

saat 10:00

Plenar iclas

Moderatorlar: Vidadi Qafarov (Azərbaycan) və Ebru Gökdağ (Türkiyə)

Çıxışçılar:

1. Məryəm Əlizadə (Azərbaycan)

2. Ken Hagivara (Yaponiya)

3. Inqa Xalvaşı (Gürcüstan)

4. Emili Kamarinopulo (Yunanıstan)

5. Rezan Saleh (Norveç)

6. Manana Turiaşvili (Gürcüstan)

saat 11:00 - Fasilə

saat 11.30 Plenar iclas

Çıxışçılar:

1. Lela Oçiauri (Gürcüstan)

2. İnnot Fumbani Phiri (Malavi)

3. Marina Merkulova, İnna Merkulova (Rusiya)

4. Temur Rəşidov (Özbəkistan)

5. Mahnaz Abde Behzad (İran)

6. Elçin Cəfərov (Azərbaycan)

saat 12.30 - Nahar

saat 14.00

Plenar iclas

Moderatorlar: Aydın Talıbzadə (Azərbaycan) və Nina Mazur (Almaniya)

Çıxışçılar:

1. Vidadi Qafarov (Azərbaycan)

2. Monika Neçpalova (Slovakiya)

3. Rüstəm Mürsəloğlu (Türkiyə)

4. Yasmina Melikova (Azərbaycan)

5. Mahnaz Esmaili (İtaliya)

6. Marina Vasadze (Gürcüstan)

saat 15.00 - Fasilə

saat 15.30 Plenar iclas

Çıxışçılar

1. Kiril Krok (Rusiya)

2. Zhainagul Kadırkulova (Qırğızıstan)

3. Sayid Kazemian (İran)

4. Aida Qafarova (Azərbaycan)

5. Tanima Kumari (Hindistan)

6. Aysılu Sagitova (Rusiya)

saat 16:30

Konfransın rəsmi bağlanış mərasimi