TƏDBİR VƏ LAYIHƏLƏR / Yubileylər

 

 

Görkəmli teatr və kino aktyoru, Respublikanın Əməkdar Artisti Hamlet Xanızadənin 75 illiyinə həsr olunmuş anım günü.

 

Fotoşəkillər  

 

03 fevral 2017-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı, Akademik Milli Dram Teatrı və Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə görkəmli teatr və kino aktyoru, Respublikanın Əməkdar Artisti Hamlet Xanızadənin 75 illiyinə həsr olunmuş anım günü keçirilmişdir.

Akademik Milli Dram Teatrında keçirilən tədbirdə görkəmli sənət adamları, ziyalılar, sənətkarın ailə üzvləri və media nümayəndələri iştirak etmişlər.

İştirakçıları Hamlet Xanızadənin zəngin yaradıcılıq yolundan bəhs edən fotosərgi ilə tanış olmuşlar.

Tədbiri giriş sözü ilə Xalq Artisti, Professor Azər Paşa Nemətov açmışdır. O, Hamlet Xanızadənin yaradıcılığı haqqında danışmış, sənətkarla bağlı xoş xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşdür.

Çıxış edənlər – Xalq Artistləri Firəngiz Mütəllimova, Ramiz Məlikov, Rafiq Əzimov, Xalq Şairi Nəriman Həsənzadə, Əməkdar İncəsənət Xadimi Ramiz Həsənoğlu Hamlet Xanızadə haqqında xatirələrini danışmış, Əməkdar Artist Aygün Bəylər ifa etdiyi «Tut ağacı» mahnısı ilə sənətkarın ruhuna ehtiramını bildirmişdir. Xatirə gecəsində «Hamlet Xanızadənin «İblis», «Dəli yığıncağı», «Biganələr oteli», «Topal Teymur» tamaşalarından, «Babək», Yeddi oğul istərəm», «Qətl günü» filmlərindən fraqmentlər göstərilmişdir. Ailə üzvləri adından Hamlet Xanızadənin qızı Aygün Xanızadə tərdirin təşkilatçılarına öz dərin minnətdarlığını bildirmişdir.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirmişlər.