TƏDBİR VƏ LAYIHƏLƏR / Yubileylər

 

 

Görkəmli teatr və kino aktyoru, Xalq Artisti Eldəniz Zeynalovun 80 illiyi münasibəti ilə anım günü.
02 mart 2017-ci il

 

Fotoşəkillər  

 

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə 02 mart 2017-ci il tarixdə görkəmli teatr və kino aktyoru, Xalq Artisti Eldəniz Zeynalovun 80 illiyi münasibəti ilə anım günü keçirilmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin, Teatr Xadimləri İttifaqının nümayəndələri, görkəmli sənət adamları, ziyalılar, sənətkarın ailə üzvləri və media nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbiri giriş sözü ilə Teatr Xadimləri İttifaqının Sədri, Xalq Artisti, Professor Azər Paşa Nemətov açmışdır. O, tədbir iştirakçılarını salamlamış, Eldəniz Zeynalovun yaradıcılıq yolundan, onun xarakterindəki çoxsaylı müsbət keyfiyyətlərdən, sənətkarla bağlı xatirələrindən danışmış və sözü aparıcı, Xalq Artisti Hacı İsmayılova vermişdir.

Hacı İsmayılov Eldəniz Zeynalovun həyat və yaradıcılığının vacib məqamlarını vurğulayaraq sənətkarın yüksək professional bacarıqlarından söz açmış və sözü çıxış edənlərə vermişdir.

Tədbirdə çıxış edənlər – Xalq artistləri Eldar Quliyev, Ağakişi Kazımov, Rafiq Əzimov, İlham Namiq Kamal, Əməkdar Artist Elxan Qasımov, dramaturq Əli Əmirli Eldəniz Zeynalovun möhtəşəm sənəti, çoxsaylı müsbət keyfiyyətləri haqqında danışaraq sənətkarı xoş xatirələrlə yad etmişlər.

Sonda sənətkarın oğlu Elbrus Zeynalov tədbirin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlığını bildirmişdir.

Tədbirdə sənətkarın zəngin həyat və yaradıcılığından bəhs edən fotosərgi və videogörüntülər nümayiş olunmuşdur.