TƏDBİR VƏ LAYIHƏLƏR / Anım günləri

 

 

ELÇİN MƏMMƏDOV - 70. 31 may 2016-cı.

Fotoşəkillər    Video

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqı 31 may 2016-cı il tarixdə Əməkdar İncəsənət Xadimi, Dövlət Mükafatı laureatı Elçin Məmmədovun 70 illiyinə həsr olunmuş anım günü keçirmişlər.

Görkəmli sənət adamları, Elçin Məmmədovun ailə üzvləri və media nümayənələrinin iştirakı ilə keçirilən tədbirdə Elçin Məmmədovun qısa, lakin çox zəngin həyat və yaradıcılıq yolundan bəhs olunmuş, onunla bağlı xatirələr söylənmişdir. Foyedə Elçin Məmmədovun əsərlərindən ibarət sərgi təşkil olunmuşdu.

Çıxış edənlər – xalq artistləri Azər Paşa Nemətov, Hacı İsmayılov, Ağakişi Kazımov, Rafiq Əzimov, sənətşünaslıq doktoru, professor İlham Rəhimli, xalq rəssamı Arif Hüseynov, Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərova Elçin Məmmədovun çoxsaylı müsbət keyfiyyətləri və milli teatr sənətimizə bəxş etdiyi dəyərli sənət inciləri haqqında söhbət açmışlar.

Tədbirdə Elçin Məmmədovun çəkildiyi kinofilmlərdən və həyatını əks etdirən fotoşəkillərdən ibarət videoçarxlar nümayiş etdirilmişdir. Sonda ailə üzvləri adından Elçin Məmmədovun bacısı Solmaz Həmzəyeva tədbirin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlığını bildirmişdir.