TƏDBİR VƏ LAYIHƏLƏR / Yubileylər

 

 

Elçin Hüseynbəyli - 55

 

Fotoşəkillər  

 

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqı 26 dekabr 2016-cı il tarixdə yazıçı-dramaturq Elçin Hüseynbəylinin 55 illiyi münasibəti ilə yazıçı ilə görüş keçirmişlər. Teatr Xadimləri İttifaqında keçirilən görüşdə Azərbaycanın görkəmli yazıçıları, teatr xadimləri, media nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları Elçin Hüseynbəylinin həyat və yaradıcılığına həsr olunmuş fotosərgi ilə tanış olmuşlar. Tədbirin aparıcısı – Xalq Artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov iştirakçıları və yubilyarı salamlamış, Elçin Hüseynbəylinin həyat və sənət bioqrafiyası haqqında məlumat vermişdir. Sonra yazıçının sənət dostları çıxış etmişlər.

Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq Yazıçısı Çingiz Abdullayev, Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti, Professor Azər Paşa Nemətov, şair Oqtay Rza, Yunus Oğuz, Saleh Salahzadə Elçin Hüseynbəylini təbrik etmiş, onun çoxsaylı müsbət keyfiyyətləri barədə, yazdığı dolğun, mükəmməl əsərlər haqqında danışmış, yazıçıya bundan sonra da tükənməz ilham, yeni yaradıcılıq uğurları arzulmışlar.

Görüşdən sonra Elçin Hüseynbəylinin müəllifi olduğu «Qaçaq qocalar» tamaşası göstərilmişdir. Tamaşa alqışlarla qarşılanmışdır. Sonda sənətkarlarla xatirə şəkilləri çəkilmişdir.