TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

Azərbaycan Teatr Xadimləri İttifaqı 17 mart 2015-ci il tarixdə Azərbaycan Respublikasının əməkdar rəssamı, sənətşünas alim Elçin Aslanovla görüş keçirmişdir.

Fotoşəkillər

Görüşdə Elçin Aslanov əsrlərin yaşıdı olan Novruz bayramı haqqında məruzə ilə çıxış etmiş, milli adət-ənənələrimiz, müxtəlif dövrlərdə Novruzun qeyd olunma mərasimləri haqqında geniş məlumat vermişdir.

Həmçinin rəssamın Novruz bayramına həsr olunmuş miniatürləri nümayiş olunmuşdur.

Tədbirin sonunda görkəmli alimin milli adət-ənənələrimizə həsr olunmuş «Yeddi çərşənbə, yeddi bayram», «Novruzun ulu sələfi», «Novruz ədvar musiqidə», «Dədə «Günəş əfsanəsi», «Gün, çıx, çıx, çıx» kitabları tədbir iştirakçılarına təqdim olunmuşdur.