SƏNƏDLƏR / Dövlət sənədləri

Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

2013-cü ildə Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi tamam olur. XIX əsrin ikinci yarısından etibarən baş verən ictimai-siyasi hadisələr fonunda Azərbaycanın mədəni həyatındakı dəyişikliklər ənənəvi xalq teatrının peşəkar dünyəvi teatra çevrilməsinə zəmin hazırladı. O, yarandığı gündən Şərq islam aləminin ilk professional teatr sənəti ocağı kimi öz zəngin repertuarında daim yüksək ideyalı və dərin ictimai məzmunlu əsərlərə geniş yer verdi. Ölkəmizdə indi bütünlüklə milli dəyərlər sisteminə əsaslanan yeni teatr tipi və səhnə mədəniyyəti ilə seçilən aktyorlar məktəbi vardır. Əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnmiş vətənpərvər ruhlu yeni nəsillərin formalaşmasında bu teatrın xidmətləri əvəzsizdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və milli mədəniyyətin inkişafında mühüm rolunu, ölkənin mədəni həyatında böyük əhəmiyyətini nəzərə alaraq, Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Teatr Xadimləri İttifaqının təklifləri nəzərə alınmaqla, Azərbaycanda peşəkar milli teatrın 140 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 mart 2013-cü il.

Azərbaycan Respublikasında “Milli Teatr Günü”nün təsis edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında Azərbaycan milli teatrının əhəmiyyəti və rolunu nəzərə alaraq qərara alıram:

Hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 mart 2013-cü il.

Teatr və teatr fəaliyyəti haqqında.
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun teatr tamaşalarının hazırlanması və kütləvi nümayişi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir, teatr fəaliyyətinin və teatrlara dövlət qayğısının hüquqi əsaslarını müəyyən edir.

I fəsil
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. teatr - müvafiq maddi-texniki bazaya malik olan, teatr  tamaşaları və digər teatr quruluşları yaradan və canlı ifada kütləvi nümayiş etdirən hüquqi şəxs;
1.0.2. teatr fəaliyyəti - teatr sənəti əsərlərinin yaradılması, yayımı və qorunub saxlanılması ilə bağlı fəaliyyət; 
1.0.3. teatr  tamaşası - müxtəlif janrlı əsərlər əsasında yaradılan, bədii qayəsi və konkret adı olan səhnə əsəri;
1.0.4. səhnə əsəri - teatr tamaşasının canlı ifada kütləvi nümayişi;
1.0.5. quruluşçu (rejissor, baletmeyster, rəssam) - teatr tamaşasının və ya onun müəyyən hissəsinin quruluşunun müstəqil bədii həllini verən fiziki şəxs;
1.0.6. prodüser - teatr tamaşasının hazırlanmasını və (və ya) nümayişini təşkil edən, maliyyələşdirən hüquqi və ya fiziki şəxs.
Maddə 2. Qanunun tətbiq dairəsi
Bu Qanun mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün teatrlara və teatr fəaliyyəti ilə məşğul olan digər təşkilatlara şamil edilir.
Maddə 3. Teatr və teatr fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Teatr və teatr fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq müqavilələrdən ibarətdir.
Maddə 4. Teatr fəaliyyəti sahəsində dövlət siyasətinin əsas  prinsipləri
4.0. Teatr fəaliyyəti sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
4.0.1. teatrlara dövlət qayğısı;
4.0.2. teatrların müstəqilliyinə təminat verilməsi;
4.0.3. teatr şəbəkəsinin inkişaf etdirilməsi;
4.0.4. teatr mədəniyyətinin fərdiliyinin qorunub saxlanılması, millətlərarası və beynəlxalq mədəni əlaqələrin inkişafına şərait yaradılması.
Maddə 5. Teatr fəaliyyətinin  məqsədi və növləri
5.1. Teatr fəaliyyətinin məqsədi teatr sənətinin inkişafı və əhalinin səhnə sənəti ilə bağlı tələbatlarının ödənilməsindən ibarətdir.
5.2. Teatr fəaliyyətinin növləri aşağıdakılardır:
5.2.1. teatr tamaşaları və digər teatr sənəti əsərlərinin yaradılması, onların əsas səhnədə, qastrol səfərlərində səyyar nümayişi, festivalların, müsabiqələrin, baxışların təşkili, biletlərin realizə olunması;
5.2.2. qanunvericiliyə uyğun olaraq müəllif və ifaçı (rol, partiya) hüquqlarına riayət edilməklə hüquqi və fiziki şəxslərlə müqavilə əsasında onların öz səhnələrində və ya icarəyə götürdükləri səhnələrdə, televiziya və radioda nümayiş olunmaq, kino, video və digər daşıyıcılara çəkilmək üçün teatr tamaşalarının, konsertlərin hazırlanması;
5.2.3. öz qüvvələri və ya dəvət olunmuş kollektivlərin, ifaçıların iştirakı ilə digər bədii-yaradıcı xarakterli tədbirlərin təşkili;
5.2.4. tamaşaların, konsertlərin və digər bədii tədbirlərin keçirilməsi üçün hüquqi və fiziki şəxslərə quruluş xidmətlərinin göstərilməsi;
5.2.5. hüquqi və fiziki şəxslərin sifarişi ilə teatr tamaşalarının, konsertlərin, digər tədbirlərin bədii tərtibatı üçün aksessuarların  hazırlanması;
5.2.6. qastrol və səyyar tamaşaların, müştərək teatr layihələrinin və proqramlarının həyata keçirilməsi üçün öz səhnələrinin digər teatrlara icarəyə və yaxud istifadəyə verilməsi;
5.2.7. qanunvericiliyə uyğun olaraq müəllif və ifaçı (rol, partiya) hüquqlarına riayət olunmaqla teatrın bədii-yaradıcılıq fəaliyyəti ilə bağlı informasiya və reklam məhsullarının, video materiallarının, fonoqramların surətlərinin hazırlanması, çoxaldılması və realizə edilməsi;
5.2.8. müxtəlif geyim əşyaları, butafor, rekvizit, qrim-pastijor və dekorların, həmçinin digər səhnə avadanlıq və ləvazimatlarının hazırlanması, kirayəyə verilməsi, satışı və başqa xidmət növlərinin göstərilməsi.

II fəsil
Dövlət  orqanları tərəfindən teatr fəaliyyətinin himayə edilməsi

Maddə 6. Dövlət orqanları tərəfindən teatr fəaliyyətinin himayə edilməsi
6.0. Dövlət orqanları tərəfindən teatr fəaliyyətinin himayə edilməsi aşağıdakılardan ibarətdir:
6.0.1. teatr şəbəkəsinin, ilk növbədə uşaq teatrlarının inkişafı üçün şəraitin yaradılması;
6.0.2. teatrların infrastrukturunun yaradılması, teatr binaları və qurğularının inşası, yenidən qurulması, bərpası, əsaslı təmiri və avadanlıqların modernləşdirilməsi üçün investisiyaların ayrılması;
6.0.3. dövlət teatrlarına, əhalinin aztəminatlı və azyaşlı təbəqələrinə münasibətdə güzəştli qiymət siyasəti yürüdən teatrlara və uşaq teatrlarına dotasiyaların və məqsədli maliyyə yardımının ayrılması;
6.0.4. yaradıcılıq sifarişlərinin, mədəniyyət sahəsində digər məqsədli proqramlarda nəzərdə tutulan ayrı-ayrı layihələrin teatrlara verilməsi;
6.0.5. opera, operetta, balet, dram və musiqili-dram əsərlərinin yaradılmasına və satın alınmasına, onların tamaşaya qoyulmasına, innovasiya layihələrinin realizə olunmasına, qastrol fəaliyyətinin həyata keçirilməsinə hər il büdcə vəsaitinin ayrılması;
6.0.6. teatr sənəti sahəsində mütəxəssislərin hazırlanmasına və yeni teatr sənəti əsərlərinin yaradılmasına kömək məqsədilə gənc istedadlı müəllif və ifaçılar, görkəmli teatr xadimləri üçün mükafatların və təqaüdlərin təsis edilməsi;
6.0.7. dövlət orta və ali peşə ixtisas təhsili müəssisələrində, habelə xarici ölkələrdə aktyorların, rejissorların, baletmeysterlərin, teatr tənqidçilərinin, teatr sənəti üzrə digər mütəxəssislərin hazırlanması və tədqiqatların aparılması, uzunmüddətli yaradıcılıq ezamiyyələrinin təşkili;
6.0.8. kütləvi informasiya vasitələrində teatr sənətinin təbliği.
Maddə 7. Teatr işçilərinin ictimai birlikləri
 7.1. Teatr işçilərinin ictimai birlikləri qanunvericilikdə müəyyən olunmuş qaydada yaradılır və fəaliyyət göstərir.
 7.2. Teatr işçilərinin ictimai birliklərinə mədəniyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək imkanı yaradılır, teatr işçilərinin peşə hazırlığı, əmək şəraiti, əməyinin mühafizəsi və sosial müdafiəsi sahəsində tədbirlər hazırlanarkən onların rəyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərə alınır.
7.3. Teatr işçilərinin ictimai birlikləri məqsədli proqramların, mədəniyyət sahəsində layihələrin və digər tədbirlərin həyata  keçirilməsində iştirak edə bilərlər.

III fəsil
Teatrların hüquq və vəzifələri

Maddə 8. Bədii yaradıcılıq fəaliyyəti sahəsində teatrların hüquqları
8.1. Teatr bədii yaradıcılıq istiqaməti və repertuar seçimində müstəqildir.
8.2. Teatrların bədii yaradıcılıq fəaliyyətinin məhdudlaşdırılması qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla yolverilməzdir.
8.3. Teatr tamaşalarının kütləvi nümayişi, onlardan istifadənin digər növləri, habelə informasiya və reklam materiallarının nəşri qanunvericilikdə nəzərdə tutulmuş hallarda qadağan edilə bilər.
Maddə 9. İqtisadi sahədə teatrların hüquqları
9.1. Teatrlar öz fəaliyyətini və inkişaf perspektivlərini müəyyən etməkdə müstəqildir.
9.2. Mülkiyyət formasından asılı olmayaraq teatrların dövlət və yerli özünüidarəetmə orqanlarının elan etdiyi müsabiqələrdə iştirak etmək hüququ vardır.
9.3. Teatrlar biletlərin qiymətini sərbəst müəyyən edir.
Maddə 10. Teatrların simvolika hüququ
10.1. Simvolikasını (rəsmi ad, emblem, tanınma nişanı və digər təsvirlər) qanunvericilikdə müəyyən olunmuş qaydada qeydiyyatdan keçirən teatr ondan müstəsna istifadə hüququna malikdir.
10.2. Teatrın qeydiyyatdan keçmiş simvolikasından hüquqi və fiziki şəxslər yalnız onun razılığı ilə istifadə edə bilərlər.
10.3.  Teatrın simvolikasından qeyri-qanuni istifadə edən hüquqi və fiziki şəxslər teatrın tələbi ilə istifadəni dayandırmalı və qanunvericilikdə müəyyən edilmiş qaydada dəymiş ziyanı ödəməlidirlər.
Maddə 11. Teatrların  vəzifələri
11.1. Teatrların vəzifələri aşağıdakılardır:
11.1.1. işçilərin əmək şəraitini və əməyinin mühafizəsini, habelə sosial müdafiəsini qanunvericiliklə nəzərdə tutulmuş qaydada təmin etmək; 
11.1.2. tamaşaçıların həyat və sağlamlığının mühafizəsini, habelə müvəqqəti saxlanc üçün onlardan alınmış əmlakın qorunmasını təmin etmək;
11.1.3. biletlərin satıldığı və tamaşa nümayiş olunduğu yerlərdə afişalar asmaq, həmin afişalarda teatrın, tamaşanın, əsər müəllifinin (müəlliflərinin), quruluşçuların və ifaçıların (rol və partiyaları) adlarını və teatrın zəruri hesab etdiyi digər məlumatları göstərmək;
11.1.4. tamaşanın keçirildiyi yer, başlanacağı və bitəcəyi vaxt, biletlərin qiyməti, alınma və geri qaytarılma şərtləri, müəyyən tamaşaçı kateqoriyaları üçün nəzərdə tutulmuş güzəştlər, tamaşaçıların yaş məhdudiyyətləri haqqında tamaşaçılara ətraflı məlumat vermək;
11.1.5. teatr biletində öz adını, ünvanını, biletin qiymətini, tamaşanın tarixini və saatını, tamaşaçının salondakı yerini göstərmək.
11.2. Alınmış biletin pulu onu alan şəxsin arzusu ilə aşağıdakı hallarda geri qaytarıla bilər:
11.2.1. elan olunmuş tamaşa digəri ilə əvəz olunduqda və ya təxirə salındıqda;
11.2.2. elan olunmuş baş rol ifaçısı dəyişdirildikdə.

IV fəsil
Teatr tamaşasının canlı nümayişi (ifası) ilə bağlı müstəsna hüquq

Maddə 12. Teatr tamaşasının canlı nümayişi (ifası) ilə bağlı müstəsna hüququn subyektləri
12.1. Teatr tamaşasının canlı nümayişi (ifası) ilə bağlı müstəsna hüququn subyektləri tamaşaya qoyulan əsərin müəllifi, quruluşçusu, ifaçılar və prodüserdir.
12.2. Teatr tamaşasının canlı nümayişi (ifası) ilə bağlı müstəsna hüquq teatr tamaşasının kütləvi nümayişi haqqında qərar qəbul olunan andan yaranır.
12.3. Prodüser teatr tamaşasına hüququnu quruluşçunun və ifaçıların  qanunvericilikdə müəyyən edilən hüquqlarına riayət etməklə həyata keçirir.
12.4. Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, quruluşçu və prodüser teatr tamaşasının kütləvi nümayişi (ifası) barədə birgə qərar qəbul edirlər.
Maddə 13. Müəllif, quruluşçu və ifaçıların teatr tamaşası ilə bağlı hüquqları
13.1. Müəllif, quruluşçu və teatr tamaşalarında iştirak edən ifaçılar öz adlarının həmin tamaşanın reklam nəşrlərində, proqram və afişalarında, digər informasiya vasitələrində qeyd olunması hüququna malikdirlər.
13.2. Quruluşçunun teatr tamaşasını təhriflərdən qorumaq hüququ vardır. Quruluşçunun icazəsi olmadan rol (partiya) ifaçılarının tərkibinin, səhnə mizanlarının, xoreoqrafiyanın, işıq partiturasının, teatr əlbəsələrinin, ifaçıların istifadə etdikləri aksesuarların, musiqinin dəyişdirilməsi təhrif hesab olunur. Quruluşçu ilə prodüser arasında bağlanan müqaviləyə əsasən teatr tamaşasının digər təhrif formaları da müəyyən edilə bilər.
13.3. İfaçı tamaşada quruluşçunun rəhbərliyi altında hazırladığı rolu (partiyanı) ifa etmək hüququna malikdir və bu hüquqdan yalnız aşağıdakı hallarda məhrum edilə bilər:
13.3.1. prodüserlə bağladığı müqavilədə nəzərdə tutulan müddət və ya tamaşa sayı başa çatdıqda;
13.3.2. bu və ya digər səbəbdən öz rolunu (partiyasını) ilkin quruluşda nəzərdə tutulan şəkildə ifa etmək iqtidarında olmadığı halda, prodüserin və ya quruluşçunun təşəbbüsü əsasında;
13.3.3. prodüserlə bağladığı müqavilənin şərtlərini pozduqda.
13.4. Prodüser, quruluşçu və ifaçılar arasında bağlanan müqavilədə bu Qanunun 13.1-ci - 13.3-cü maddələrində müəyyən edilən hüquqlardan başqa digər hüquqlar da nəzərdə tutula bilər.
13.5. İfaçının ad hüququ onun teatr tamaşasında iştirak etdiyi bütün müddət ərzində qüvvədə olur.
13.6. Quruluşçunun teatr tamaşası ilə bağlı hüququ bu tamaşanın kütləvi nümayiş edildiyi müddət ərzində qüvvədə olur.
Maddə 14. Prodüserin teatr tamaşasının kütləvi nümayişi ilə bağlı hüquqları
14.0. Prodüserlə quruluşçu arasında bağlanan müqaviləyə əsasən teatr tamaşasının kütləvi nümayiş hüququ prodüserə keçə bilər. Bu halda prodüserin aşağıdakı hüquqları vardır:
14.0.1. teatr tamaşasının kütləvi nümayişini həyata keçirmək, tamaşanın yerini, vaxtını və biletlərin qiymətini müəyyən etmək;
14.0.2. teatr tamaşasının kütləvi nümayişinin sayını müəyyən etmək, onu dayandırmaq və bərpa etmək;
14.0.3. teatr tamaşasından və onun bəzi hissələrindən digər tamaşalarda istifadə olunmasının, teatr tamaşasının texniki vasitələrin (teleradio yayımı, kabel televiziyası və s.) köməyi ilə efirə verilməsinin, istənilən maddi daşıyıcılara yazılışının və həmin yazılışların təkrarən əks etdirilməsinin şərtlərini müəyyənləşdirmək;
14.0.4. bu Qanunun 14.0.1-ci maddəsində nəzərdə tutulan normalara riayət etməklə hüquqi və fiziki şəxslərə (əgər prodüserlə bu şəxslər arasındakı müqavilədə digər hallar nəzərdə tutulmayıbsa) kütləvi nümayiş hüququ ilə birlikdə teatr tamaşasının yenidən səhnəyə qoyulması üçün icazə vermək.
Maddə 15. Teatr tamaşasının bədii həllinin qorunması ilə bağlı prodüserin vəzifələri
15.1. Prodüserlə quruluşçu arasında bağlanan müqaviləyə əsasən (digər hallar nəzərdə tutulmayıbsa) prodüser quruluşçunu aşağıdakılar barədə xəbərdar etməlidir:
15.1.1. teatr tamaşasında düzəliş edilməsinin zəruriliyi və bu düzəlişi yerinə yetirmək üçün quruluşçuya təqdim olunan şərtlər haqqında;
15.1.2. teatr tamaşasında quruluşçudan xəbərsiz edilən təcili düzəlişlər və bu düzəlişlərin səbəbləri haqqında;
15.1.3. teatr tamaşasının kütləvi nümayişinin müqavilədə nəzərdə tutulmuş vaxtdan əvvəl dayandırılması və ya tamaşaların sayının azaldılması haqqında.
15.2. Quruluşçu teatr tamaşasını təhriflərdən qorumaq hüququndan istifadə edərək, onun ilkin bədii həllinin bərpa edilməsi məqsədi ilə teatr tamaşasının kütləvi nümayişinin dayandırılmasını tələb edə bilər.
15.3. Prodüser tamaşanın ilkin bədii həllinin bərpası ilə bağlı işləri görməkdən imtina edərsə, quruluşçu öz adını proqramlardan, reklam nəşrlərindən, afişalardan və digər informasiya materiallarından çıxarılmasını tələb edə bilər.
Maddə 16. Teatr tamaşası ilə bağlı hüququn müdafiəsi
16.1. Teatr tamaşası ilə bağlı müstəsna hüququ olan subyektlər bu hüququ pozanlardan onun ilkin vəziyyətinin bərpa olunmasını tələb edə bilərlər.
16.2. Prodüserlə teatr tamaşasına müstəsna hüquqları olan subyektlər arasında bağlanmış müqavilənin şərtlərinin pozulmasına görə tərəflər qanunvericiliklə və müqavilə ilə müəyyən edilmiş qaydada maddi və ya başqa məsuliyyət daşıyırlar.

V fəsil
Teatrların idarə edilməsi və maliyyələşdirilməsi

Maddə 17. Teatrların statusu
17.1. Teatrlara “akademik” statusu ümumbəşəri dəyərlər səviyyəsində yüksək peşəkarlığa, zəngin tarixi ənənələrə, “milli” statusu milli mədəniyyətin təbliği sahəsində müstəsna xidmətlərinə görə, onların uzun illər səmərəli fəaliyyətinə, ölkə daxilində və xaricdə əldə etdiyi nailiyyətləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada verilir.
17.2. Müasir teatr sənətində fəal rol oynayan və teatr prosesinin inkişafında xüsusi əhəmiyyət kəsb edən teatrlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan aparıcı teatrların siyahısına daxil edilir.
Maddə 18. Teatrların idarə edilməsi, yaradılması, yenidən təşkili və ləğv olunması
18.1. Teatrların fəaliyyətinə rəhbərlik qanunvericilikdə və təsis sənədlərində nəzərdə tutulan qaydada təsisçinin vəzifəyə təyin etdiyi direktor tərəfindən həyata keçirilir.
18.2. Teatrlar dövlət, bələdiyyələr, istənilən hüquqi və fiziki şəxslər tərəfindən təsis edilə bilər.
18.3. Təsisçi (mülkiyyətçi) ilə teatr arasında münasibətlər qanunvericilikdə müəyyən edilmiş qaydada tənzimlənir.
18.4. Təsisçi (mülkiyyətçi) ilə teatr arasında bağlanmış müqavilədə tərəflərin öhdəlikləri, əmlakdan istifadənin şərtləri və qaydaları, teatrın maliyyələşdirilməsi, tərəflərin maddi məsuliyyəti, müqavilənin ləğv edilməsinin əsasları və şərtləri, sosial,  əmək və digər məsələlərin həlli qaydaları müəyyən edilə bilər.
18.5. Teatrların yaradılması, yenidən təşkili, ləğvi və profilinin dəyişdirilməsi qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir.
18.6. Teatrların əmlak hüquqlarının həyata keçirilməsi, onların əmlakının idarə olunmasına nəzarət qanunvericiliklə müəyyən edilir.
Maddə 19. Teatrların maliyyələşdirilməsi
19.1. Dövlət teatrları tamaşalardan və qanunvericiliklə qadağan olunmayan başqa mənbələrdən daxilolmalar, eləcə də dövlət büdcəsindən ayrılan vəsait hesabına  maliyyələşdirilir. Dövlət büdcəsindən ayrılan vəsait işçilərin əmək haqları və sosial sığorta ayrılmalarının həcmindən, eləcə də  yeni tamaşaların quruluşu xərclərindən az olmamalıdır. 
19.2. Bələdiyyə və özəl teatrlar qanunvericiliklə qadağan olunmayan istənilən mənbələrdən daxil olan vəsaitlər hesabına maliyyələşdirilir. 
19.3. Dövlət orta və peşə ixtisas təhsili müəssisələrində aktyorların, rejissorların, baletmeysterlərin, teatr tənqidçilərinin, teatr sənəti üzrə digər mütəxəssislərin hazırlanması, elmi tədqiqat müəssisələrində teatr sənəti üzrə tədqiqatların aparılması dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

VI fəsil
Teatr işçilərinin sosial müdafiəsi

Maddə 20. Teatrların yaradıcı işçilərinin əməyinin ödənilməsi
20.1. Teatrların yaradıcı işçilərinin vəzifələrinin siyahıları və onların teatrda vəzifə tutmaları qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
20.2. Teatrların yaradıcı işçilərinin fəaliyyəti əmək müqaviləsi (kontraktı) əsasında həyata keçirilir. Bu müqavilədə qanunvericilikdə nəzərdə tutulan məcburi şərtlərdən başqa teatr tamaşasının canlı ifası ilə bağlı hüquqların həyata keçirilməsinin digər şərtləri də müəyyən edilə bilər.
20.3. Teatrların yaradıcı işçilərinə və bu sahədə mütəxəssis hazırlığı ilə məşğul olan şəxslərə fəxri adlar, fərdi təqaüdlər və mükafatlar qanunvericilikdə müəyyən edilmiş qaydada verilir.
20.4. Teatrların rəhbər işçilərinin vəzifə maaşlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlavələr oluna bilər.
20.5. Akademik, milli və aparıcı teatrlarda çalışan işçilərin əmək haqlarına müvafiq olaraq 100, 50 və 25 faiz əlavə müəyyən edilir.
Maddə 21. Teatr işçilərinin sosial müdafiəsi
21.1. Teatr işçiləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək pensiyası hüququna malikdirlər.
21.2. Dövlət orqanları və bələdiyyələr müvafiq büdcə vəsaitləri və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına teatr işçilərinin maddi təminatını yaxşılaşdırmaq üçün tədbirlər həyata keçirə bilərlər.
21.3. Teatr işçiləri bədbəxt hadisələrdən və peşə xəstəliklərindən qanunvericiliklə müəyyən edilmiş qaydada icbari şəxsi sığorta olunurlar.

VII fəsil
Yekun müddəaları

Maddə 22. Teatrların beynəlxalq əməkdaşlığı
22.1. Dövlət teatrların beynəlxalq əlaqələrinin inkişafına, teatrlarda çalışan yaradıcı işçilərin bu əməkdaşlıqda birbaşa iştirakına şərait yaradır.
22.2. Azərbaycan Respublikasının ərazisində xarici ölkələrin teatrlarının filialları (mərkəzləri) yaradıla və fəaliyyət göstərə bilər.
22.3. Dövlət xarici ölkələrdə yaşayan azərbaycanlılara milli teatrların yaradılmasında maddi və təşkilati yardım göstərə bilər.
Maddə 23. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının  qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 24. Qanunun qüvvəyə minməsi
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2006-cı il
№ 222−IIIQ

Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqinda
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

XIX əsrin ikinci yarısından etibarən cərəyan edən ictimai-siyasi hadisələr fonunda və maarifçilik hərəkatının güclü təsiri nəticəsində böyük mütəfəkkir Mirzə Fətəli Axundovun ədəbiyyatımıza yeni dram janrını gətirməsi ilə Azərbaycan teatrı müsəlman Şərqində ilk dünyəvi peşəkar teatr sənətinin ocağına çevrilmişdir. Qədim tarixə malik xalq tamaşaları zəminində təşəkkül tapan bu teatrın repertuarı yarandığı gündən bəri görkəmli Azərbaycan ziyalılarının dövrün mühüm hadisələrinin real bədii təsvirini verən qabaqcıl, demokratik ideyalı və ictimai məzmunlu əsərləri ilə zəngin olmuşdur.

Avropa təhsili görmüş azərbaycanlı gənclərin dünya klassiklərinin əsərlərini tərcümə edərək tamaşaya qoymaları Azərbaycanda teatr həvəskarlarını dünya ədəbiyyatı nümunələri ilə tanış etməklə bərabər, milli dəyərlərə söykənən yeni tipli teatrın yaradılması işinə güclü təkan vermişdir. Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Hüseynqulu Sarabski, Abbas Mirzə Şərifzadə, Mirzəağa Əliyev, Sidqi Ruhulla, Ülvi Rəcəb kimi fitri istedad sahiblərinin səyləri ilə ölkəmizdə milli peşəkar aktyorlar məktəbi formalaşmışdır. Həmin dövrdən etibarən xüsusi teatr binalarının inşasına başlanılmış və peşəkar teatrla bağlı digər sənət növləri də inkişaf etdirilmişdir.

Cəlil Məmmədquluzadə, Hüseyn Cavid və Cəfər Cabbarlı kimi qüdrətli sənətkarların son dərəcə dərin məzmunlu səhnə əsərləri ilə geniş vüsət alan Azərbaycan teatrı milli varlığını qoruyub saxlayaraq inkişaf etmiş və ictimai-mədəni həyatda fəal rol oynamışdır. XX əsr boyu opera və balet, musiqili komediya, gənc tamaşaçılar teatrları, pantomima və digər teatrlar yaradılmışdır. Azərbaycan teatr sənəti tarixinə adları həmişəlik həkk olunan böyük aktyorlar, rejissorlar və teatr rəssamları nəsli yetişmiş, teatr üçün peşəkar kadrlar hazırlayan təhsil ocaqları formalaşmış, bölgələrdə mədəniyyət sarayları və teatrlar şəbəkəsi bərqərar olmuşdur. Yüksək səhnə mədəniyyəti ilə seçilən Azərbaycan teatrının zəngin repertuarı sayəsində xalqımız milli ədəbiyyatın parlaq nümunələri ilə yanaşı, dünya ədəbi fikrinin inciləri ilə daha yaxından tanış olmaq imkanı əldə etmişdir. Ölkəmizin bir sıra digər sənət sahələrində qazandığı uğurlar ilk növbədə Azərbaycan teatrı ilə sıx bağlı olmuşdur.

Peşəkar milli teatrın sürətli inkişafı və zaman keçdikcə şaxələnməsi onun öz coğrafiyasını genişləndirərək respublikanın, demək olar ki, bütün bölgələrini əhatə etməsinə və hər biri müstəqil sənət ocağı olan yeni teatrların yaranmasına gətirib çıxarmışdır. Ölkəmizdə vətənpərvərlik duyğularının aşılanmasında, yüksək mənəvi keyfiyyətlərin, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan teatrı gənc nəslin formalaşmasında əvəzsiz xidmətlər göstərmişdir.

XX əsrin sonlarında cərəyan edən mürəkkəb proseslər siyasi, iqtisadi və sosial böhrana gətirərək, ölkəmizin bütün mədəni həyatına, həmçinin teatr sənətinə son dərəcə mənfi təsir göstərmişdir. Teatrın qarşılaşdığı obyektiv çətinliklər bu sahədə yaradıcılıq əhval-ruhiyyəsini də zəiflətmişdir.

Azərbaycan teatr şəbəkəsinə daxil olan dörd dövlət dram teatrı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni silahlı dəstələrinin işğalına məruz qalaraq, ata-baba yurdlarından didərgin düşməsinə baxmayaraq, öz fəaliyyətini davam etdirir.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə qarşısında geniş üfüqlər açılan milli teatr bu gün dövlətçilik naminə mədəniyyətimizin inkişafına töhfələr vermək iqtidarındadır. Lakin ölkəmizdəki bir sıra mədəniyyət sarayları və teatr ocaqlarında, o cümlədən Heydər Əliyev adına Sarayda, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı və Azərbaycan Dövlət Kukla Teatrında müasir tələblərə uyğun əsaslı təmir-bərpa və yenidənqurma işlərinə ciddi ehtiyac duyulur.

Xalqımızın ictimai-siyasi həyatında, mədəniyyətimizin inkişafında böyük rol oynayan və dolğun fəaliyyəti ilə milli sərvətə çevrilən Azərbaycan teatrının maddi-texniki bazasının gücləndirilməsi və yaradıcılıq potensialının dirçəldilməsi və teatr təhsili sisteminin yaxşılaşdırılması məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə tapşırılsın ki:

1.1. Heydər Əliyev adına Sarayın mühüm ictimai-siyasi, mədəni tədbirlərin təşkil edilməsi və həyata keçirilməsində əhəmiyyətini nəzərə alaraq, əsaslı təmirini və müasir avadanlıqla təchizatını təmin etsin;

1.2. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Azərbaycan Dövlət Rus Dram Teatrının və Azərbaycan Dövlət Kukla Teatrının əsaslı təmirini və müvafiq texniki avadanlıqla təchizatını təmin etsin;

1.3. Bakı şəhərində Azərbaycan Dövlət Gənclər Teatrının, Azərbaycan Dövlət Pantomima Teatrının, eləcə də İrəvan Dövlət Azərbaycan Dram Teatrının və Şuşa Dövlət Musiqili Dram Teatrının yerləşdiyi binalarda təmir-bərpa işlərinin həyata keçirilməsini təmin etsin;

1.4. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni silahlı birləşmələrinin işğalına məruz qalmış ərazilərdəki Füzuli və Ağdam dövlət dram teatrlarının hal-hazırda yerləşdiyi binalarda əsaslı təmir-bərpa işlərinin aparılmasına dair təkliflərini 2007-ci il avqust ayının 1-nə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

1.5. yerli icra hakimiyyəti orqanları ilə birlikdə regionlarda fəaliyyət göstərən teatrlarda təmir-bərpa və yenidənqurma işlərinin aparılmasına dair təkliflərini 2007-ci il iyul ayının 1-nə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

1.6. Azərbaycan Teatr Xadimləri İttifaqının təklifləri nəzərə alınmaqla, milli sərvətimiz olan əsərləri və dünya klassikasının incilərini özündə ehtiva edən "Azərbaycan teatrı 2008-2018-ci illərdə" Dövlət Proqramının layihəsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.7. teatrların nəzdində xüsusi studiyaların yaradılmasına və xarici ölkələrdə müvafiq kadrların, habelə teatr menecerlərinin hazırlanmasına dair təkliflərini 2007-ci il aprelin 15-nə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

2. Bakı Şəhər İcra Hakimiyyəti Yaşıl Teatrın əsaslı təmirini və zəruri avadanlıqla təchizatını təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 19 fevral 2007-ci il.

"Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında.
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunmasını, milli-mənəvi dəyərlərin təbliği və dünya mədəniyyətinə inteqrasiyasını təmin etmək, milli teatr sənətinin davamlı inkişafını dəstəkləmək məqsədi ilə qərara alıram:

1. "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı" təsdiq edilsin (əlavə olunur).
2. Bu sərəncamın 1-ci bəndində qeyd olunan dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə həvalə edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 may 2009-cu il                
№ 277

Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 18 may tarixli 277 nömrəli Sərəncamı ilə
TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan teatrı 2009-2019-cu illərdə” DÖVLƏT PROQRAMI

1. Ümumi əsaslar

1.1. Mövcud vəziyyət

          XIX əsrin 70-ci illərində təşəkkül tapmış Azərbaycan peşəkar teatr sənəti xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, təbliği, estetik zövqün və dünyagörüşünün formalaşması, realist ənənələrin davam və inkişaf etdirilməsi kimi mühüm vəzifələrin yerinə yetirilməsi yolunda mütərəqqi ideyalar tribunasına çevrilmişdir.
         Hazırda respublikada fəaliyyət göstərən 26 dövlət teatrının və bu şəbəkəyə daxil olan digər qurumların müntəzəm və səmərəli fəaliyyətini təmin etmək məqsədi ilə bütün maliyyə, təşkilati və yaradıcılıq imkanlarından istifadə edilir. Dövlət sifarişi yolu ilə hər il teatrlarda 50-dən çox yeni tamaşa hazırlanır ki, bu tamaşaların da əsasını klassik və müasir Azərbaycan, eləcə də dünya dramaturqlarının əsərləri təşkil edir.
          Dövlətlərarası mədəni əməkdaşlıq haqqında ikitərəfli sazişlərə uyğun olaraq respublika teatrları xarici ölkələrdə keçirilən müxtəlif festivallarda uğurla çıxış edirlər.
          Qeyd edilənlərlə yanaşı, teatr sənətinin inkişafı ilə bağlı bir sıra problemlər də mövcuddur. Ölkəmizə Ermənistanın hərbi təcavüzü nəticəsində İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Şuşa, Füzuli, Ağdam dövlət dram teatrları qaçqın və məcburi köçkünlük şəraitində fəaliyyət göstərirlər.
          “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 fevral tarixli 1964 nömrəli Sərəncamına əsasən Azərbaycan xalqının ictimai-siyasi həyatında, milli mədəniyyətimizin inkişafında böyük rol oynayan Azərbaycan teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq potensialının inkişaf etdirilməsi, habelə teatr təhsili sisteminin yaxşılaşdırılması məqsədi ilə tədbirlərin həyata keçirilməsi və “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının (bundan sonra - Dövlət Proqramı) hazırlanması nəzərdə tutulmuşdur.

1.2. Məqsəd və vəzifələr

           Azərbaycan teatr sənətinin yaxın 10 il ərzində inkişaf perspektivlərini müəyyənləşdirən bu Dövlət Proqramı öz fəaliyyəti ilə milli mədəni sərvətə çevrilmiş Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunmasına, ümumbəşəri və milli dəyərlərin təbliğinə, dünya mədəniyyətinə inteqrasiyasına, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsinə və repertuarın günün tələblərinə uyğun formalaşması məqsədlərinə xidmət edəcəkdir.
         Dövlət Proqramı aşağıdakı vəzifələrin həlli istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsini nəzərdə tutur:
         - yeni   teatr   siyasətinin formalaşması və teatr prosesində idarəetmənin optimallaşdırılması, teatr sahəsində islahatların aparılması;
         - ümumbəşəri və milli mədəni dəyərlərin qorunması və dünya mədəniyyətinə inteqrasiyası təmin edilməklə Azərbaycan teatr sənətinin inkişafı;       
          - teatr sahəsinin bütün janrları və peşə istiqamətləri üzrə gənc istedadların dəstəklənməsi;
          - kadr hazırlığı və ixtisasartırma sisteminin təkmilləşdirilməsi, xarici dövlətlərdə məqsədli təhsilin, müştərək layihələrin keçirilməsi;
          - teatr binalarının müasir standartlar səviyyəsində təmiri və maddi-texniki bazanın möhkəmləndirilməsi;
          - teatr sahəsində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi;
          - teatr mədəniyyətinin təbliğ olunması.

1.3. Dövlət Proqramının maliyyələşdirilməsi

           Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaitləri, o cümlədən dövlət büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər, habelə Azərbaycan Respublikasının qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

1.4. Gözlənilən nəticələr

        Dövlət Proqramının yerinə yetirilməsindən aşağıdakı nəticələr gözlənilir:
        - milli teatr sənəti qorunub saxlanılacaq və inkişaf etdiriləcək;
        - yüksək bədii dəyərli tamaşaların hazırlanması təmin ediləcək;
        - teatr fəaliyyəti sahəsində normativ hüquqi baza təkmilləşdiriləcək;
        - teatr müəssisələrinin maddi-texniki bazası möhkəmləndiriləcək;
        - teatr şəbəkəsinin müasir tələblərə uyğun qurulması və əhalinin teatra olan tələbatının ödənilməsi üçün şərait yaradılacaq;
        - teatr sahəsinə gənc, istedadlı və peşəkar kadrlar cəlb ediləcək;   
        - teatr sahəsində regionlararası, millətlərarası və beynəlxalq mədəni əlaqələrin inkişafına nail olunacaq;
        - Azərbaycan teatr sənətinin dünyada layiqincə təmsil və təbliğ edilməsinə imkanlar yaradılacaq.

2. Dövlət Proqramının həyata keçirilməsi üzrə

TƏDBİRLƏR PLANI

Tədbirlərin adı

İcraçılar

İcra müddəti
(illər üzrə)

2.1.

Teatr sahəsində idarəetmənin və maliyyə-iqtisadi mexanizmlərin təkmilləşdirilməsini nəzərdə tutan islahatların aparılması

Nazirlər Kabineti, Mədəniyyət və Turizm Nazirliyi  Azərbaycan Teatr Xadimləri İttifaqını cəlb etməklə

2009-2019

2.2.

Teatr fəaliyyətinin normativ hüquqi bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi

Nazirlər Kabineti,
Mədəniyyət və Turizm Nazirliyi,
Ədliyyə Nazirliyi

2009-2013

2.3.

Respublika ərazisində fəaliyyət göstərən dövlət teatrlarının maddi-texniki bazasının möhkəmləndirilməsi

Mədəniyyət və Turizm Nazirliyi

2009-2019

2.4.

Bakı şəhərində, Naxçıvan Muxtar Respublikasında və digər regionlarda, həmçinin qaçqın və məcburi köçkünlük şəraitində fəaliyyət göstərən dövlət teatrlarının yerləşdiyi binalarda təmir-bərpa və yenidənqurma işlərinin aparılması üçün zəruri tədbirlərin görülməsi

Mədəniyyət və Turizm Nazirliyi,
yerli icra hakimiyyəti orqanları

2009-2019

2.5.

Yüksək səviyyəli nəşr və reklam məmulatlarının, dekor və geyimlərin hazırlanması işinin təşkilinin təkmilləşdirilməsi

Mədəniyyət və Turizm Nazirliyi

2012-2014

2.6.

Teatr treninq mərkəzinin yaradılması

Mədəniyyət və Turizm Nazirliyi

2014

2.7.

Azərbaycan Dövlət Opera və Balet Teatrının simfonik orkestri və Azərbaycan Dövlət Musiqili Komediya Teatrının orkestri üçün musiqi alətlərinin alınması

Mədəniyyət və Turizm Nazirliyi

2009-2013

2.8.

Dövlət teatrlarının nəqliyyat vasitələri ilə təmin olunması üçün lazımi tədbirlərin görülməsi

Mədəniyyət və Turizm Nazirliyi

2009-2019

2.9.

Azərbaycan Dövlət Rus Dram Teatrının, Azərbaycan Dövlət Kukla Teatrının, Naxçıvan Dövlət Musiqili Dram Teatrının, Gəncə Dövlət Dram Teatrının, Lənkəran Dövlət Dram Teatrının, Şəki Dövlət Dram Teatrının nəzdində dövlət büdcəsində Mədəniyyət və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər hesabına studiyaların yaradılması       

Mədəniyyət və Turizm Nazirliyi

2009-2017

2.10.

Teatr sahəsində təhsilin təkmilləşdirilməsi məqsədilə tədbirlərin həyata keçirilməsi

Mədəniyyət və Turizm Nazirliyi

2009-2019

2.11.

Müvafiq proqram, saziş və müqavilələr çərçivəsində teatr sənəti ilə bağlı xarici ölkələrdə təhsilalma və stajkeçmələrin təşkili

Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi

müntəzəm

2.12.

Azərbaycan teatr sənəti antologiyasının hazırlanması və nəşr etdirilməsi

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Teatr Xadimləri İttifaqını cəlb etməklə

2009-2012

2.13.

«Yeni Teatr» respublika festivalının keçirilməsi

Mədəniyyət və Turizm Nazirliyi

2009-cu ildən başlayaraq, iki ildən bir

2.14.

Azərbaycan teatr sənətinin müxtəlif sahələri üzrə kitabların və elektron vəsaitlərin hazırlanması

Mədəniyyət və Turizm Nazirliyi

2009-2014

2.15.

Müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq elmi praktik konfransın təşkili

Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası Azərbaycan Teatr Xadimləri İttifaqını cəlb etməklə

2010-2018 (iki ildən bir)

2.16.

UNİMA-nın (Beynəlxalq Kukla Teatrları Assosiasiyası) iştirakı ilə kukla teatrı həftəsinin keçirilməsi

Mədəniyyət və Turizm Nazirliyi

2011

2.17.

YUNESKO-nun Beynəlxalq Teatr İnstitutunun növbəti konqresinin Bakı şəhərində keçirilməsi üçün zəruri tədbirlərin görülməsi

Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi Azərbaycan Teatr Xadimləri İttifaqını cəlb etməklə

2012

2.18.

A.P.Çexov adına Beynəlxalq Teatr Festivalının “A.P.Çexov festivalının ipək yolu” adlı bir mərhələsinin Bakı şəhərində keçirilməsi üçün zəruri tədbirlərin görülməsi

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqını cəlb etməklə

2010

2.19.

Dövlət teatrlarında illər üzrə dövlət sifarişi yolu ilə tamaşaların hazırlanması üçün müvafiq tədbirlərin görülməsi

Mədəniyyət və Turizm Nazirliyi

2009-2019

2.20.

Bakı şəhərində tanınmış teatr xadimlərinin iştirakı ilə seminarların təşkili

Mədəniyyət və Turizm Nazirliyi

2009-2016

2.21.

Xarici ölkələrin tanınmış teatr kollektivlərinin Azərbaycana dəvət olunması

Mədəniyyət və Turizm Nazirliyi

2009-2019

"Azərbaycan teatrı 2009-2019-cu illərdə".
DÖVLƏT PROQRAMI