TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

 

Cəlil Məmmədquluzadənin «Çay dəstgahı» əsəri əsasında hazırlanmış tamaşının premyerası.

15 fevral 2019-cu il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə İttifaqın tamaşa salonunda Bakı Uşaq Teatrının yaradıcı heyəti Cəlil Məmmədquluzadənin «Çay dəstgahı» əsəri əsasında hazırlanmış eyniadlı tamaşının premyerasını təqdim etdilər. Tamaşanın quruluşçu rejissoru Könül Şahbazova-Qasımova, rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynlidir.

Maraqlı quruluş və aktyor oyunu, rəngarəng dekorasiya, şən musiqi tərtibatı tamaşanın uşaq və yeniyetmələr tərəfindən alqışlarla qarşılanmasına səbəb oldu.