TƏDBİR VƏ LAYIHƏLƏR / Festivallar

 

«BİZİM TEATR – 2» MİNİ-FESTİVALI.

 

«2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2015-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində Azərbaycan Teatr Xadimləri İttifaqı Bakı Uşaq Teatrı ilə birlikdə 11-14 mart 2015-ci il tarixdə «Zəfər» teatr studiyasının «Mustafa Mərdanov səhnəsi»ndə «Bizim teatr – 2» mini-festivalını keçirmişdir.

Gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədinə xidmət edən bu festivalda 4 tamaşa oynanılmışdır:

 

11 mart 2015-ci il


«OYUN»

Müəllif: Elçin Hüseynbəyli

Rejissor: Rəşad Nuri

Aktyorlar: Niyaz Qasımov, Könül Şahbazova

12 mart 2015-ci il


«BİR YOXSUL OLSAYDIM» ( foto )

Müəllif: Tuncer Cücənoğlu

Rejissor: İlhamə Əhmədova

Aktyorlar: Şahin kazımov, Kəmalə Mustafayeva

13 mart 2015-ci il


«QUCAQLA MƏNİ»( foto )

Müəllif: Arzu Soltan

Rejissor: İntiqam Soltan

Aktyorlar: Vüsalə Bəşirova, Ruslan Adıgözəlov

14 mart 2015-ci il


«VƏTƏN»( foto )

Rejissor: İntiqam Soltan, Ayşad Məmmədov

İdeya: İntiqam Soltan

Aktyorlar: Niyaz Qasımov, Cavanşir Məhərrəmov, Rauf Hüseynli

 

 

Festivalın bağlanışı – 14 mart 2015-ci il saat 19.30.