TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

«BARAT – ŞİRİN BİR NAĞIL…» Xalq artisti Barat Şəkinskayanın qiraət yaradıcılığından seçmələr

Video

Azərbaycan Teatr Xadimləri İttifaqı 2014-cü il oktyabr ayının 27-də saat 14.00-də böyük aktrisa, Respublikanın xalq artisti Barat xanım Şəkinskayanın 100 illiyinə həsr olunmuş «Barat – bir şirin nağıl…» adlı audiodiskin təqdimat mərasimini keçirmişdir.

Diskdə Barat xanımın qiraət yaradıcılığından seçmələr - «Murad hekayəsi», «Tikanlı arı», «Cik-cik sərçə», «Cib-cib cücə», «Keçi, quzu və dana nağılı», «Şəkil və çəkil», «Gilənar, qurbağalar, hacıleylək nağılı», «Gülaçarın kuklası», «İşləməyən dişləməz», «Qaranquş», «Nədən qorxdular», «Təbilçi», «Vəfalı it ilə oğru pişik», «Gilənar nağılı» toplanmışdır.

Mərasimdə böyük aktrisanı səhnədə görmüş, onunla tərəf-müqabil olmuş sənətkarların xatirələri dinlənilmişdir.

İttifaq həmçinin Barat Şəkinskayanın sənət yolunu əks etdirən üç stenddən ibarət sərgi də hazırlamışdır.