TƏDBİR VƏ LAYIHƏLƏR / Beynəlxalq əlaqələr

 

5-13 iyun 2012-ci il tarixdə Moldovanın paytaxtı Kişinyov şəhərində
Gənclərin Teatr Forumuna həsr olunmuş dəyirmi masa

5-13 iyun 2012-ci il tarixdə Moldovanın paytaxtı Kişinyov şəhərində Gənclərin Teatr Forumu keçirilmişdir. Tədbirdə xalq artisti, porfessor Azər Paşa Nemətovun rəhbərliyi ilə hazırlanmış Akademik Milli Dram Teatrının «On ikinci gecə» tamaşası nümayiş etdirilmişdir. Forumda həmçinin Teatr Xadimləri İttifaqının keçirdiyi «Axundzadə dərsləri»nin iştirakçıları olmuş gənc dramaturqlar İsmayıl İmanov və Şəbnəm Xeyrulla, teatrşünaslar Elçin Cəfərov və Aygün Süleymanova da iştirak etmişlər. Forumda ölkəmizi təmsil edən gənc dramaturqların əsərlərinin müzakirəsi keçirilmiş, onların çapı nəzərdə tutulmuşdur. Gənc dramaturqların və teatrşünasların qatıldığı forum işini uğurla başa vurmuşdur. Sonda iştirakçılara Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının və Moldova TXİ-nın diplomları təqdim edilmişdir.