ARXİV

 

2016 il


Azərbaycan Dövlət Kukla Teatrı - 85
28 dekabr 2016-cı il tarixdə Azərbaycan Dövlət Kukla Teatrının 85 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir... >>>

 

Elçin Hüseynbəyli - 55
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqı 26 dekabr 2016-cı il tarixdə yazıçı-dramaturq Elçin Hüseynbəylinin 55 illiyi münasibəti ilə yazıçı ilə görüş keçirmişlər. ... >>>

 

Azərbaycan Respublikasının Xalq Artisti Nəsibə Zeynalovanın 100 illik yubileyinə həsr olunmuş «Ömrün səhifələri» kitabının təqdimat mərasimi.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqı 19 dekabr 2016-cı il tarixdə görkəmli gülüş ustası, Xalq Artisti Nəsibə Zeynalovanın 100 illiyi münasibəti ilə sənətkarın həyat və yaradıcılığından bəhs edən «Ömrün səhifələri» kitabının təqdimat mərasimini keçirmişlər... >>>

 

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 19 dekabr 2016-cı il tarixdə İttifaqın Mustafa Mərdanov səhnəsində Ejen İoneskonun “Stullar” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olmuşdur... >>>

 

Mərziyə Davudova – 115. «SƏNƏTKAR VƏ ZAMAN» Elmi-praktik konfrans
28 noyabr 2016-cı il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqında görkəmli aktrisa, SSRİ Xalq Artisti Mərziyə Davudovanın 115 illiyi ilə əlaqədar «Sənətkar və zaman» mövzusunda elmi-praktik konfrans keçirilmişdir... >>>

 

Yaşar Nuri – 65
15 noyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Milli Dram Teatrının təşkilatçılığı ilə görkəmli aktyor, Xalq Artisti Yaşar Nurinin 65 illiyi münasibəti ilə anım günü keçirilmişdir. ... >>>

 

IV Bakı Beynəlxalq Teatr Konfransı.
7-8 noyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 18 may tarixli sərəncamı ilə təsdiq edilmiş ““Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı”na uyğun olaraq, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı, Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə “Multikulturalizm və teatr” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı keçirilmişdir. ... >>>

 

«Yağış haqqında yuxu» tamaşası.
18 oktyabr 2016-cı il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqının tamaşa salonunda «Rossotrudniçestvo» Beynəlxalq Humanitar Əməkdaşlıq Federal Agentliyinin Azərbaycan nümayəndəliyi, Moskva şəhər Mədəniyyət Departamentinin və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Moskva Uşaq Musiqili Teatrının «Yağış haqqında yuxu» («Son o dojde») tamaşası göstərilmişdir ... >>>

 

“Milli Dəyər” layihəsi çərçivəsində ilk tamaşa oynanıldı.
15 iyun 2016-cı il tarixində Azərbaycan Teatr Xadimləri İttifaqının “Mustafa Mərdanov” səhnəsində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Teatr Xadimləri İttifaqı və Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının dəstəyi ilə keçirilən “Milli Dəyər” layihəsi çərçivəsində ilk tamaşa oynanıldı. ... >>>

 

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqı 31 may 2016-cı il tarixdə Əməkdar İncəsənət Xadimi, Dövlət Mükafatı laureatı Elçin Məmmədovun 70 illiyinə həsr olunmuş anım günü keçirmişlər. ... >>>

 

29 may 2016-cı il tarixdə görkəmli rəssam və istedadlı aktyor Elçin Məmmədovun 70 illiyi münasibətilə sənətkarın məzarı ziyarət edilmişdir.
Azərbaycan Teatr Xadimləri İttifaqının əməkdaşları, görkəmli sənət adamları və ailə üzvlərinin iştirakı ilə keçrilən mərasimdə Elçin Məmmədovun xatirəsi yad edilmiş, onun sənəti və şəxsiyyəti haqqında söhbət açılmş, sənət dostları – xalq artisti Azər Paşa Nemətovun, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyovun, sənətkarın bacısı Solmaz Həmzəyevanın və digərlərinin xatirələri dinlənilmişdir. ... >>>

 

«Azərbaycan teatr mədəniyyəti kontekstində Aleksandr Tuqanovun irsi» mövzusunda elmi-nəzəri konfrans.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 16 may 2016-cı il tarixdə görkəmli rejissor Aleksandr Aleksandroviç Tuqanovun 145 illiyinə həsr olunmuş «Azərbaycan teatr mədəniyyəti kontekstində Aleksandr Tuqanovun irsi» mövzusunda elmi-nəzəri konfrans keçirmişdir. ... >>>

 

Milli Teatr Günü münasibəti ilə bayram tədbir. 10 mart 2016-cı il
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqı 10 mart 2016-cı il tarixdə Milli Teatr Günü münasibəti ilə bayram tədbiri keçirmişlər. Tədbirdə bir qrup mədəniyyət və incəsənət xadiminə Mədəniyyət və Turizm Nazirliyinin və Teatr Xadimləri İttifaqnın fəxri fərmanları və mükafatları təqdim olunmuşdur. ... >>>

 

«Azərbaycan teatrı teatrşünaslıq və teatr tədqiqatı müstəvisində (1920-2016-cı illər)» mövzulu elmi praktik konfrans.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqı 10 mart 2016-cı il tarixdə Milli Teatr Günü münasibəti ilə «Azərbaycan teatrı teatrşünaslıq və teatr tədqiqatı müstəvisində (1920-2016-cı illər)» mövzulu elmi praktik konfrans keçirmişlər. ... >>>

 

Xalq şairi, dramaturq Nəriman Həsənzadənin 85 illiyinə həsr olunmuş «Nəriman Həsənzadə və teatr» adlı tədbir.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrı 2016-cı il fevral ayının 23-də xalq şairi, dramaturq Nəriman Həsənzadənin 85 illiyinə həsr olunmuş «Nəriman Həsənzadə və teatr» adlı tədbir keçirmişdir... >>>

 

Xalq artisti Əliabbas Qədriovun 70 illiyinə həsr olunmuş xatirə günü
2016-cı il fevral ayının 17-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrı görkəmli aktyor, xalq artisti Əliabbas Qədriovun 70 illiyinə həsr olunmuş xatirə günü keçirmişlər. ... >>>

 

Azərbaycan Teatr Xadimləri İttifaqı 2016-cı il fevral ayının 15-də Türkiyənin Bursa şəhərindəki «Tiyatro Günləri»ndə və Antaliya Böyükşəhər Tiyatrosunun «Konuk Tiyatro» projesində iştirak etmiş İttifaqın «Rejissor» laboratoriyasında hazırlanmış «Qaçaq qocalar» tamaşasının yaradıcı heyətinin media nümayəndələri ilə görüşünü keçirmişdir. ... >>>

 

«Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramı
Azərbaycan Respublikası Prezidentinin 18 may 2009-cu il tarixli 277 nömrəli Sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramının icrası, Azərbaycan teatrının dünya mədəniyyətinə inteqrasiyası, milli teatr sənətinin inkişafının, teatr sənətinin bütün janrları və peşə istiqamətləri üzrə gənclərin dəstəklənməsi, kadr hazırlığı, əlavə təhsil sisteminin təkmilləşdirilməsi və istedadlı gənclərin xarici ... >>>

 

Əliheydər Ələkbərovun 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir.
03 fevral 2016-cı il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə görkəmli rejissor ... >>>

 

23 yanvar – 01 fevral 2016-cı il tarixlərdə Azərbaycan Teatr Xadimləri İttifaqının «Rejissor» laboratoriyasında hazırlanmış Elçin Hüseynbəylinin «Qaçaq qocalar» tamaşasının ... >>>

 

2015 il


30 dekabr 2015-ci il tarixdə Mərkəzi Zabitlər Evində ilin yekunlarına həsr olunmuş toplantı keçirilmişdir... >>>

 

Azərbaycan Teatr Xadimləri İttifaqında 21 dekabr 2015-ci il tarixdə Azərbaycan realist aktyor məktəbinin banisi Cahangir Zeynalovun 150 illiyinə həsr olunmuş «Teatr sənətinin Cahangiri tədqiqat müstəvisində» mövzusunda elmi-praktik konfrans keçirilmişdir... >>>

 

27 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Tahir Salahovun Ev Muzeyi ilə birlikdə Azərbaycan boyakarlıq sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam Tahir Salahovun anadan olmasının 87 illiyi münasibəti ilə tədbir keçirmişdir... >>>

 

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Azərbaycan Respublikasının xalq artisti Səyavuş Aslanın 80 illik yubileyinə həsr olunmuş tədbir keçirmişlər... >>>

 

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrı 23 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının xalq artisti, professor Ağakişi Kazımovun 80 illik yubileyi ilə əlaqədar tədbir keçirmişdir... >>>

 

4 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı görkəmli teatr və kino aktyoru, Respublikanın xalq artisti Məmmədrza Şeyxzamanovun 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirmişlər. ... >>>

 

Azərbaycan Teatr Xadimləri İttifaqında 2015-ci il oktyabr ayının 19-da milli kukla sənətinin istedadlı nümayəndəsi Ruslan Həsənlinin 70 illiyinə həsr olunmuş anım günü keçirilmişdir. Tədbirin aparıcısı – xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov Ruslan Həsənlinin həyatı və yaradıcılığı haqqında danışaraq, sözü Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, professor Azər Paşa Nemətova vermişdir... >>>

 

5 oktyabr 2015-ci il tarixdə milli səhnə sənətimizin istedadlı nümayəndəsi, Respublikanın əməkdar artisti Məcnun Hacıbəyovun 80 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi. Azərbaycan Teatr Xadimləri İttifaqının «Mustafa Mərdanov səhnəsi»ndə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı... >>>

 

Türkiyənin Dənizli şəhərində keçirilən Beynəlxalq Teatr Festivalında iştirak etmiş Teatr Xadimləri İttifaqının «Rejissor» laboratoriyasında hazırlanmış Elçin Hüseynbəylinin «Qaçaq qocalar» tamaşasının yaradıcı heyətinin media nümayəndələri ilə görüşü... >>>

 

Görkəmli balet ustası, SSRİ xalq artisti Qəmər Almaszadənin 100 illiyinə həsr olunmuş «ÖMRÜN SƏHİFƏLƏRİ» kitabının təqdimat mərasimi .
Azərbaycan Teatr Xadimləri İttifaqı 30 aprel 2015-ci il tarixdə Azərbaycanın ilk qadın balerinası, milli balet məktəbinin yaradıcılarından biri, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı Qəmər Hacııağa qızı Almaszadənin anadan olmasının 100 illiyinə həsr olunmuş «Ömür səhifələri» kitabının təqdimat mərasimini keçirmişdir... >>>

 

17 mart 2015-ci il tarixdə Azərbaycan Respublikasının əməkdar rəssamı, sənətşünas alim Elçin Aslanovla görüş keçirmişdir.
Görüşdə Elçin Aslanov əsrlərin yaşıdı olan Novruz bayramı haqqında məruzə ilə çıxış etmiş, milli adət-ənənələrimiz... >>>

 

«BİZİM TEATR – 2» MİNİ-FESTİVALI
«2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2015-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin yerinə... >>>

 

MİLLİ TEATR GÜNÜ
Azərbaycan Teatr Xadimləri İttifaqında 10 Mart 2015-ci il tarixdə Milli Teatr Günü münasibəti ilə tədbir keçirmişdir. >>>

 

«REJİSSOR İŞİ» HAQQINDA» KİTABININ TƏQDİMAT MƏRASİMİ
Azərbaycan Teatr Xadimləri İttifaqı 2015-ci il fevralın 27-də Azərbaycanın görkəmli rejissorları Mehdi Məmmədov və Zəfər Nemətovun «Rejissor işi» haqqında» kitabının (ikinci redaksiyada) təqdimat mərasimini keçirmişdir. >>>

2014 il


MƏLİK DADAŞOV - 90
Azərbaycan Teatr Xadimləri İttifaqı 24 noyabr 2014-cü il tarixdə görkəmli teatr və kino aktyoru, xalq artisti, Dövlət mükafatı laureatı Məlik Dadaşovun 90 illiyinə həsr olunmuş tədbir keçirmişdir. >>>

 

«BARAT – ŞİRİN BİR NAĞIL…»
Azərbaycan Teatr Xadimləri İttifaqı 2014-cü il oktyabr ayının 27-də saat 14.00-də böyük aktrisa, Respublikanın xalq artisti Barat xanım Şəkinskayanın 100 illiyinə həsr olunmuş «Barat – bir şirin nağıl…» adlı audiodiskin təqdimat mərasimini keçirmişdir. >>>

 

10 oktyabr 2014-jü il saat 14.00-da Xalq Yazıçısı İLYAS ƏFƏNDİYEVİN 100 illiyi münasibəti ilə çap olunmuş kitabın təqdimat mərasimi keçirildi. Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yazıçısı, dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi tamam olmuşdur. >>>

 

MUSTAFA MƏRDANOV - 120
Azərbaycan Teatr Xadimləri İttifaqı 2014-cü il sentyabr ayının 29-da görkəmli teatr və kino xadimi Mustafa Mərdanovun 120 illik yubileyini keçirib, «Zəfər» teatr studiyasında Mustafa Mərdanov səhnəsini açıb. >>>

 

MANSUR MANSUROV – 70
Azərbaycan Teatr Xadimləri İttifaqında 15 sentyabr 2014-cü ildə Azərbaycan Dövlət Kukla Teatrının aktyoru, əməkdar artist Mansur Mansurovun 70 illik yubileyinə həsr olunmuş görüş keçirilmişdir. >>>

 

HÖKÜMƏ QURBANOVA – 100
Azərbaycan Teatr Xadimləri İttifaqı 2014-cü il aprel ayının 28-də saat 14.00-də SSRİ xalq artisti Hökümə Qurbanovanın 100 illik yubileyinə həsr olunmuş «Ömrün səhifələri» kitabının təqdimat mərasimini keçirmişdir. >>>

 

 LÜTFƏLİ ABDULLAYEV – 100
Azərbaycan Teatr Xadimləri İttifaqında aprel ayının 1-də Azərbaycanın görkəmli komediya ustası, xalq artisti (1960), SSRİ Dövlət mükafatı laureatı (1946) Lütfəli Abdullayevin anadan olmasının 100 illiyi münasibətilə xatirə günü keçirilmişdir. >>>

 

 Görkəmli teatr rəssamı, sənətşünas alim, əməkdar rəssam Elçin Muxtar Elxanla görüş keçirilmişdir
Azərbaycan Teatr Xadimləri İttifaqında 2014-cü il fevral ayının 3-də görkəmli teatr rəssamı, sənətşünas alim, əməkdar rəssam Elçin Muxtar Elxanla görüş olmuşdur. Tədbirdə rəssamın «Neominiatür bəstələr» adlı slaydşousuna baxış keçirilmişdir. Tədbirdə şəhərin teatr cəmiyyətinin nümayəndələri, rəssamlar və gənc sənətçilər iştirak etmişlər. >>>

 

 MUXTAR AVŞAROV – 100
Muxtar Həsən oğlu Avşarov 1914-cü il fevral ayının 15-də İrəvanda anadan olub. 1936-cı ildə Moskvada 3 aylıq mədəni-maarif kursunu bitirib. Teatr fəaliyyətinə özfəaliyyət dərnəyində başlayan M.Avşarov 1938-ci ildən Gəncə Dövlət Dram Teatrında yaradıcılıq fəaliyyətinə başlamışdır. Gəncə teatrında çalışdığı 30 il müddətində (repressiya illəri istisna olmaqla) 100-ə yaxın obraz yaratmışdır. N.Qoqolun «Müfəttiş» əsərində Xlestakov, S.S.Axundovun «Eşq və intiqam» pyesində Çingiz, C.Cabbarlının «Almaz» əsərində Mirzə Səməndər, «Nəsrəddin şah»da Nəsrəddin şah, G.Figeyredonun «Tülkü və üzüm» əsərində Ezop, N.Hikmətin «Kəllə» dramında doktor Dolbonezo kimi xarakter obrazlar yaratmışdır. >>>

2013 il

Görkəmli aktyor İmamverdi Bağırovun 100 illiyinə həsr olunmuş anım günü
23 dekabr 2013-cü il tarixdə görkəmli aktyor İmamverdi Bağırovun 100 illiyinə həsr olunmuş anım günü keçirilmişdir. İmamverdi Bağırov Akademik Milli Dram Teatrı, İrəvan, Tiflis, Qazax, Quba, Gənc Tamaşaçılar və digər teatrlarda işləsə də, ömrünün və yaradıcılığının çox böyük hissəsi Musiqili Komediya Teatrında keçmişdir. O, bu teatrın səhnəsində maraqlı obrazlar yaradaraq dövrünün görkəmli aktyorları ilə tərəf-muqabili olmuşdur. Müasirləri onu ikinci dərəcəli obrazların mahir ifaçısı hesab etmişlər. İmamverdi Bağırov teatr sənətinə və yaradıcılığına məsuliyyətlə yanaşan, özünə və başqalarına qarşı həmişə tələbkar olan sənətkar idi. Onun teatr sahəsində gördüyü işlər bir çox insanların hələ də yaddaşındadır. >>>

 

 Azərbaycan Teatr Xadimləri İttifaqı «2+1» İkinci Eksperimental teatr festivalı. 28 oktyabr – 02 noyabr 2013-cü il
28 oktyabr-2 noyabr tarixlərində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilatçılığı ilə "2+1" ikinci eksperimental teatr festivalı keçirildi. İkinci dəfə gerçəkləşən festivalda 9 yerli və bir qonaq teatrın tamaşası nəzərdə tutulmuşdu. Onlardan ikisi texniki səbəblərdən nümayiş olunmasa da, təqdim olunan tamaşalar, aparılan diskussiya və yaradıcı müzakirələr festivalın kifayət qədər maraqlı keçdiyini deməyə əsas verir. >>>

 

Azərbaycan Teatrinin 141-ci mövsümünün açilişi ilə bağli Teatr Xadimləri İttifaqi üzvlərinin ümumi iclasi
30 oktyabr 2013-cü il Azərbaycan Teatr Xadimləri İttifaqında 141-ci teatr mövsümünün açılışı ilə bağlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, professor Azər Paşa Nemətov açaraq teatr mövsümünün açılışı ilə bağlı teatr ictimaiyyətini təbrik etdi. Azər Paşa Nemətov ölkəmizdə, o cümlədən teatr sahəsində aparılan islahatlardan danışaraq, bunun üçün ölkə rəhbəri İlham Əliyev cənablarına minnətdarlığını bildirdi.  >>>

 

AzTXİ-nin saytının təqdimat mərasimi
16 sentyabr tarixində "Hilton-Bakı" mehmanxanasında Azərbaycan Teatr Xadimləri İttifaqının "teatriffitaqi.az" veb-saytının təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə açan Azər Paşa Nemət saytın yaranması haqqında qısa məlumat verdi və təqdimat üçün layihənin rəhbəri, "Musiqi dünyası" jurnalının baş redaktoru, Əməkdar İncəsənət Xadimi, Sənətşünaslıq doktoru, professor Tariyel Məmmədova söz verdi. Tariyel Məmmədov saytın məzmunu, strukuru, texniki göstəriciləri ilə bağlı bir qədər məlumat verdikdən sonra tədbir iştirakçılarına saytı təqdim etdi. Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev, teatrşünaslar, İlham Rəhimli və Məryəm Əlizadə, Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov Teatr Xadimləri İttifaqının müasir informasiya texnologiyalarının teatr sənətinə tətbiqini çox gərəkli və düzgün addım kimi dəyərləndirdilər və saytla bağlı bir sıra təkliflərlə çıxış etdilər. Daha sonra İttifaqın Sədri, professor Azər Paşa Nemət AzTXİ-nin üzvlüyünə yeni qəbul olanlara üzvlük vəsiqələrini təqdim etdi.  >>>

 

“M.F.Axundzadə dərsləri” davam etdiriləcək
Azərbaycan Teatr Xadimləri İttifaqı 2013-cü ilin sentyabr ayından başlayaraq rejissor laboratoriyasının fəaliyyətini davam etdirəcək. O cümlədən sentyabr ayından “M.F.Axundzadə dərsləri” də davam etdiriləcək. Rejissor dərsləri həftədə bir dəfə, dramaturqların dərsləri isə ayda 1 və ya 2 dəfə keçiriləcək. Vaxtaşırı dramaturq və rejisssor dərslərinin müştərək fəaliyyəti də mümkündür.

 

“Ömrün səhifələri” seriyasından daha iki kitab nəşr olunacaq
2013-cü ilin noyabr və dekabr aylarında İttifaqın “Ömrün səhifələri” seriyasından daha iki kitabı nəşr olunacaq. Bu kitablar “Hökümə Qurbanova-100” və “Həsən Turabov-75” adlanacaq. Bu kitabların da əvvəlki əsərlər kimi “Teatrda rəssamın rolu” və “Məhərrəm Haşımov-100” geniş miqyaslı təqdimat mərasimləri keçiriləcək və əsərlər tədbir  iştirakçılarına paylanacaq. Bu tədbirin də kütləvi informasiya vasitələrində geniş işıqlandırılması nəzərdə tutulur.