TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

 

«Art» Sankt-Peterburq Dövlət Musiqili Teatrı Bakıda

15-16 noyabr 2017-ci il tarixdə «Rossotrudniçestvo»-nun (Rusiya Federasiyasının xaricdə yaşayan həmvətənlərlə əlaqə və beynəlxalq humanitar əməkdaşlıq qurumu) Azərbaycan nümayəndəliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və «Art» Sankt-Peterburq Dövlət Musiqili Teatrının təşkilatçılığı ilə «Art» Sankt-Peterburq Dövlət Musiqili Teatrının «Peterburq mənzilləri» (Fyodor Koni) və «Əlvida, konferansye!» (Qriqori Qorin) tamaşaları Azərbaycan tamaşaçılarına təqdim olunmuşdur. Quruluşçu rejissor Rusiyanın Əməkdar artisti Aleksandr İsakov, bəstəkar Viktor Pleşak, rəssam Tatyana Malkovadır. Tamaşalar Azərbaycan Teatr Xadimləri İttifaqının tamaşa salonunda oynanılmışdır.

Tamaşanın gedişatından hiss olunur ki, gənc rejissor Asiman Ağa Rövşən əsərin hazırlanmasına bütün səy və bacarığını sərf etmişdir.

Rusiya Dövlət Səhnə Sənəti İnstitutunun məzunlarından təşkil olunmuş «Art» teatrın aktyorları İnstitutun kafedra müdiri, dosent Aleksandr İsakovun tələbələridir. 2015-ci ildə yaranan «Art» teatrı elə həmin il Bolqarıstanın Vratsa şəhərində keçirilən kamera teatrları festivalının laureatı adını qazanıb.

Repertuarı əsasən rus və xarici dramaturqların əsərlərindən ibarət olan kollektivin hazırladığı «Peterburq mənzilləri» və «Əlvida, konferansye!» tamaşaları Azərbaycan tamaşaçıları tərəfindən böyük maraqla qarşılanmışdır.