TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

 

Görkəmli aktyor, rejissor Hüseyn Ərəblinskinin qəbrüstü ziyarəti

 

Fotoşəkillər

27 iyun 2019-cu il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə milli peşəkar teatr sənətimizin banilərindən biri Hüseyn Ərəblinskinin əbədiyyətə qovuşmasının 100 illiyi münasibəti ilə sənətkarın qəbrüstü abidəsi ziyarət olundu. Ziyarətdə Mədəniyyət Nazirliyinin, Teatr Xadimləri İttifaqının, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının nümayəndələri, görkəmli ziyalılar, sənət adamları, media nümayəndələri iştirak etdilər.

Mərasimdə çıxış edənlər - Azərbaycan Respublikasının Mədəniyyət Naziri Əbülfəs Qarayev, Teatr Xadimləri İttifaqının Sədri Azər Paşa Nemətov, Xalq rəssamı Ömər Eldarov, Xalq artisti Nurəddin Mehdixanlı, teatrşünas Dağlar Yusifov Hüseyn Ərəblinsinin həyat və yaradıcılığından, sənətkarın faciəli taleyindən, Azərbaycan teatr tarixindəki rolundan danışdılar.

Mərasim Ulu Öndər Heydər Əliyevin məzarının ziyarəti ilə yekunlaşdı.