TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

 

9 mart 2021-ci il. Xalq artisti Arif Quliyevə «QIZILGÜL» mükafatı təqdim olundu

9 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Xalq artisti Arif Quliyevə İttifaqın yeni təsis etdiyi «Qızılgül» mükafatı təqdim olundu. Təqdimatda İttifaqın əməkdaşları iştirak etdi.

Sədr müavini, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov Arif Quliyevin yaradıcılığından, onun Azərbaycan teatr sənəti qarşısındakı xidmətlərindən danışdı. Sonra o, «Qızılgül» mükafatını Arif Quliyevə təqdim etdi.

Xalq artisti Arif Quliyev «Qızılgül» mükafatına layiq görüldüyünə görə Azərbaycan Teatr Xadimləri İttifaqının rəhbərliyinə, İdarə heyətinə və kollektivinə dərin təşəkkürünü bildirdi.