TƏDBİR VƏ LAYIHƏLƏR / Yubileylər

 

AĞAKİŞİ KAZİMOVUN – 80

Fotoşəkillər  Video

 

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrı 23 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının xalq artisti, professor Ağakişi Kazımovun 80 illik yubileyi ilə əlaqədar tədbir keçirmişdir.

Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Akademik Milli Dram Teatrının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndələri, görkəmli sənət ustaları və media nümayəndələri iştirak etmişlər.

Giriş sözü ilə tədbiri Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, professor Azər Paşa Nemətov açmış, Ağakişi Kazımovu təbrik etmiş, ona bundan sonra da gənclik şövqü ilə yaşayb-yaratmağı arzulamışdır.

Tədbirin aparıcısı – xalq artisti Hacı İsmayılov Ağakişi Kazımovun həyat və yaradıcılığı haqqında geniş danışmış və sözü tədbir iştirakçılarına vermişdir.

Yubiley iştirakçıları – Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinn müavini Ədalət Vəliyev, xalq artistləri Amaliya Pənahova, Arif Babayev, Rafiq Əzimov, Cənnət Səlimova, Məleykə Əsədova, İlham Namiq Kamal, əməkdar artist Elşən Cəbrayılov, aktrisa Mehriban Abdullayeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov, Sumqayıt Dövlət Dram Teatrının direktoru İslam Həsənov və teatrın baş rejissoru Firudin Məhərrəmov çıxış edərək Ağakişi Kazımov sənəti haqqında dəyərli fikirlər söyləmiş, yubilyara ən xoş arzularını bildirmişlər.

Tədbirdə görkəmli şəxsiyyətlər – İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə və Elçin Əfəndiyevin Ağakişi Kazımovun yaradıcılığı haqqında söylədikləri fikirləri və sənətkarın yaradıcılıq nümunələrini özündə əks etdirən videoçarxlar nümayiş olunmuşdur.

Ağakişi Kazımov yubileyin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlığını bildirmişdir. 

Sonda Ağakişi Kazımova həsr olunmuş buklet, təqvim və sənətkarın müxtəlif illərdə qələmə aldığı kitablar tədbir iştirakçılarına verilmişdir.